"Husilərə dəstək verən İran ağır nəticələrlə üzləşəcək"

Cəmiyyət 10:36 18.03.2025

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib ki, əgər Yəmənin Husilər qrupunun beynəlxalq gəmiçilik xətlərinə hücumları davam edərsə, İran “ciddi” nəticələrlə üzləşəcək. Tramp bildirib ki, İran rəhbərliyi “Husilərin atdığı hər bir atəşə görə məsuliyyət daşıyacaq” və “bu nəticələr çox ağır olacaq”.

Husilər son iki gündə ABŞ-ın hava gəmisi olan ''USS Harry S Truman''ı üç dəfə hədəf aldıqlarını açıqlayıb. Husilər bazar günü Qırmızı Dənizdə ''USS Harry S Truman''ı hədəf almağa cəhd etmişdi, buna cavab olaraq ABŞ hava təyyarələri təxminən 11 pilotsuz uçuş aparatını vurub.

Pentagon bazar ertəsi açıqlamasında bildirib ki, ABŞ, cümə günündən bəri Yəməndə 30-dan çox hədəfi vurub. Bu, Tramp-ın Ağ Evə qayıdışından sonra Orta Şərqdəki ən böyük hərbi əməliyyat olub.

Tramp, bazar ertəsi ''Truth Social'' platformasında yazıb: “Husilərin atdığı hər bir atış bundan sonra İranın silahları və rəhbərliyinin atdığı atış kimi qiymətləndiriləcək. İran məsuliyyət daşıyacaq və nəticələr çox ağır olacaq!”

Tramp, İranı Husilərə maliyyə, silah və kəşfiyyat dəstəyi verməkdə ittiham edib, lakin Tehran bu ittihamları rədd edir. Bazar ertəsi BMT Təhlükəsizlik Şurasına göndərilən məktubda, İranın BMT-nin Yəmənə silah embarqosunu pozmadığını və bölgədəki hər hansı bir sabitliyi pozan fəaliyyətlərə qatılmadığını bildirib.

İranın BMT-dəki nümayəndəsi Amir Seid Iravani ABŞ-ı İrana qarşı “əsassız ittihamlar” irəli sürməkdə günahlandırıb.

Pentagon rəsmiləri isə bildirib ki, ABŞ-ın Yəməndəki hücumları, əvvəlki Prezident Cozef Bayden dövründəki əməliyyatlarla müqayisədə daha genişmiqyaslıdır. General-mayor Aleks Grinkeviç bildirib ki, Husi pilotsuz uçuş aparatları mütəxəssisləri də daxil olmaqla bir sıra hədəflər vurulub və “heç bir inandırıcı mülki tələfat” olmadığı qeyd edilib.

Bununla yanaşı, ABŞ rəsmi olaraq bəzi Husi fiqurlarının öldüyünü bildirsələr də, Husilər bu məlumatı təsdiqləməyib. Pentagonun sözçüsü Şon Parnel isə bildirib ki, ABŞ-ın məqsədi “rejim dəyişdirmək” deyil, “onların qabiliyyətini zəiflətmək, bölgədə gəmiçilik xətlərini açmaq və vətənimizi müdafiə etmək”dir.

Husilər, Yəməndəki hava zərbələri nəticəsində 53 nəfərin öldüyünü, bunlardan 5-nin uşaq olduğunu bildiriblər, lakin BBC bu məlumatı müstəqil şəkildə təsdiq etməyib. ABŞ həmçinin şənbə və bazar günü Husilərə qarşı hava zərbələri həyata keçirib.

Husilər, İsrailin Qəzzaya qarşı blokadasını qaldırana qədər Qırmızı Dənizdəki gəmiçilik xətlərinə hücum etməyə davam edəcəklərini bildiriblər. Husilər tez-tez yalnız İsrail, ABŞ və Birləşmiş Krallığa aid gəmiləri hədəf aldıqlarını iddia edirlər.

Noyabr 2023-dən bəri Husilər iki gəmiyi batırıb, üçüncüsünü ələ keçirib və dörd ekipaj üzvünü öldürüblər. Husilər, Sana və Yəmənin şimal-qərb hissələrini nəzarət altına alıblar, amma bu, Yəmənin beynəlxalq aləmdə tanınmış hökuməti deyil.

Mədinə Məmmədova//EDnews

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı