"Qarabağ torpağı inanılmaz dərəcədə bərəkətli torpaqlardır, ağacın içindən ağac çıxır".
“EDnews” xəbər verir ki , bunu Türkiyənin tanınmış aktyoru Ozan Akbaba "CNN Türk" telekanalının jurnalisti Fulya Öztürkə müsahibəsində deyib. O, Qarabağın erməni işğalından xilas edildikdən sonra oranı gəzdiyini vurğulayıb:
"Bütün Qarabağı gəzmişəm. Azərbaycan 30 ildən sonra Qarabağı yenidən öz torpaqlarına qatdığı üçün qürur duyuram".
Fatimə Mərdanlı // EDnews