12 iyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Cəmiyyət 00:01 12.06.2025

“Uşaqlığın qorunmadığı cəmiyyətin gələcəyi yoxdur”.

Onların əlləri boya əvəzinə kirə bulaşır, ayaqları məktəbə yox, tikinti meydanına yönəlir. Nə gizlənqaç, nə də “müəllim-müəllim oyunu”... Onların oyunu - həyatdır. Həyat isə çox zaman qəddar oynayır.

Bu gün – 12 iyun, BMT tərəfindən Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Və bu, adi təqvim günü olmaqdan daha çox, insanlığın vicdanı ilə imtahan günüdür.

 
Beynəlxalq Əmək Təşkilatının (ILO) son məlumatına görə, dünyada təxminən 160 milyon uşaq (onların 63 milyonu qız, 97 milyonu oğlandır) əmək fəaliyyətinə cəlb olunub. Onların ən azı yarısı – ağır və təhlükəli sahələrdə çalışır. Bu rəqəmlər təkcə sosial ədalətsizliyin yox, həm də beynəlxalq laqeydliyin rəsmi xronikasıdır.

Bir çox hallarda bu uşaqlar kənd təsərrüfatında, tikinti sektorunda, mədənlərdə, tekstil fabriklərində və ya ev işlərində çalışdırılır. Onların arasında oyuncaqlar hazırlayanlar da var – amma onların bir çoxunun  oyuncağı olmayıb. Qələm yığıb satanlar var – amma əksəriyyəti  bircə dəfə də olsa məktəb dəftərinə xətt çəkməyib.

 "Kiçik əllərlə böyük yük" – kapitalizmin səssiz cinayəti

Uşaq əməyinin arxasında çox vaxt yoxsulluq, münaqişə, təhsil imkanlarının məhdudluğu, valideyn nəzarətsizliyi və ən əsası – böyüklərin məsuliyyətsizliyi dayanır. Bu, təkcə bir ailənin faciəsi deyil – bu, sistematik istismar modelidir.

Əmək bazarının görünməyən altında, onların uşaq olduqlarını unudan  dünyanın qarşısında minlərlə “ucuz işçi” var  . Bu uşaqlar bəzən ayaqqabı tikir, amma ayaqlarında ayaqqabı yoxdur. Əlləri ilə işlədikləri məhsullar Qərb bazarlarında yüksək qiymətə satılır – amma o məhsulu istehsal edən uşaqların payına aclıq, xəstəlik və  qaranlıq gələcək düşür.

 Uşaq əməyinə qarşı mübarizə yoxsa mübariz uşaqla yaşamaq?
Əslində, burada söhbət yalnız “uşaqları işə cəlb etməməkdən” getmir. Əsas məsələ – uşaqlara uşaq olmaq haqqını tanımaq, təhsil, oyun, təhlükəsizlik və sevgi hüquqlarını qorumaqdır.

Çünki uşaq əməyinə qarşı mübarizə, həm də cəmiyyətin öz böyüklük sınağından keçməsi deməkdir. Bu sınaqdan uşağın oyuncağını əlindən alıb ona kürək verməklə yox, əlindən tutub məktəbə aparmaqla keçmək olar.

 Fəlsəfi baxış: uşaqlıq – zamansız sükutun içində sıxılmış təbəssümdür

Filosof Jan-Jak Russo deyirdi: “Uşaqlar böyüklərin kiçik nüsxəsi yox, bənzərsiz varlıqlardır.” Əgər uşaqlığı  işlə əvəzləyiriksə, bununla cəmiyyətin ruhunu yaralayırıq. Çünki gələcək – sadəcə zaman məsələsi deyil - o həm də əxlaqi borc məsələsidir. Uşaq əməyinə göz yuman bir dünya – gələcəyini körpə yaşında qurban verən  dünyadır.

 Azərbaycan reallığı: gör və düşündür

Azərbaycan qanunvericiliyi uşaq əməyinə qarşı qətiyyətli mövqedədir. Amma qeyri-rəsmi sektor, ailə təsərrüfatları, kölgə iqtisadiyyatında bəzi hallarda azyaşlıların əmək fəaliyyəti müşahidə olunmaqdadır. Bu, təkcə sosial yox, həm də mədəni və maarifləndirici problemdir.

Təəssüf ki, regionlarda bəzi uşaqlar dərsdən sonra çalışmaq məcburiyyətində qalır – ya ailəyə maddi dəstək, ya da cəmiyyətin yazılmamış stereotipləri ucbatından. Burada medianın, QHT-lərin və maarifçi jurnalistikanın üzərinə böyük məsuliyyət düşür.

 “Uşaq əməyinə yox!” demək kifayət deyil

Əgər bu şüar hər il yalnız bir gündə səslənirsə – ölü  sözdür. "Uşaqlar gələcəyimizdir" deyirik – amma əgər bu gün gələcəyimiz  zəncirlidirsə, sabahdan nə gözləyirik?

İndi uşaqlara  bircə sual vermək lazımdır:

“Ən çox nəyə ehtiyacın var?”

Əmin olun ki, onların cavabı çox sadə olacaq:
“Uşaq olmağa”

Şahlar Ruhi

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

"Magistraturaya qəbul imtahanlarıyla bağ dəyişiklik nəzərdə tutulmayıb"
12:56 16.07.2025
DİM ictimaiyyətə açıq müzakirələr keçirəcək
12:41 16.07.2025
Katz Suriyanı hədələdi: "Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə..."
12:26 16.07.2025
Ümumdünya Ticarət Mərkəzinin binasını ildırım vurdu
12:11 16.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı cinayət işi açıldı
11:56 16.07.2025
Hindistan, Çin və Brazilyaya Rusiya ilə əməkdaşlığa görə sanksiya tətbiq olunacaq
11:41 16.07.2025
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəlib
11:26 16.07.2025
Karapetyan çirkli pulların yuyulmasında ittiham olunur
11:08 16.07.2025
Tramp Qətərə gedəcək
10:53 16.07.2025
İraq Kürdüstanındak; neft yataqları yenə məruz qalıb
10:38 16.07.2025
ABŞ-da Xərçəng Ölümləri niyə Artır? -Araşdırma
10:23 16.07.2025
Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqindədir
10:08 16.07.2025
"Herkulesin Böyük divarı" daha yaxında imiş
09:53 16.07.2025
Harrison Ford "Emmi" mükafatına namizəd oldu
09:38 16.07.2025
VPN-dən istifadə edənlər cərimələnəcək -Rusiyada...
09:23 16.07.2025
İran mediasının yeni ritorika dalğası Şahlar Ruhi yazır...
09:08 16.07.2025
Yer üzünün ən hərəkətsiz canlısı: Olmlar haqqında nə bilirik?
08:35 16.07.2025
Klublararası dünya çempionatının qızıl medalını cibinə qoydu
08:05 16.07.2025
Quru sahədə ən aşağı nöqtə harada yerləşir?
07:57 16.07.2025
Saxara səhrası yaşıllaşır?
07:24 16.07.2025
Çinə viza rejimi bu gündən ləğv edildi
07:13 16.07.2025
Çin Rusiyaya "daha dərin" dəstək verəcək
06:58 16.07.2025
Fransa xərclərə qənaət üçün iki bayramı ləğv edəcək
06:28 16.07.2025
Rusiyanın Kaluqa vilayətindəki ağır yol qəzasında 5 nəfər ölüb
05:56 16.07.2025
Tailandda doqquzuncu rahib də vəzifəsindən getdi
05:24 16.07.2025
ABŞ və Avropa İrana nüvə sazişini imzalamağı üçün vaxt qoyub
04:54 16.07.2025
"Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulması geosiyasi mənzərəni dəyişəcək"
04:24 16.07.2025
"Amerika əsgərləri Ukraynaya göndərilməyəcək"
03:50 16.07.2025
Yasamal rayonunda güclü yanğın baş verib
03:33 16.07.2025
İsrail İrana ikinci hücuma hazırlaşır
03:20 16.07.2025
"Ukrayna Moskvaya hücum etməməlidir"
02:53 16.07.2025
Rüşvətdən imtina edən polislərə kompensasiya veriləcək
02:30 16.07.2025
Trampın Ukraaynaya silah göndərmək qərarına kim təsir edib ?
01:57 16.07.2025
Ukrayna kütləvi dron hücumuna məruz qaldı
01:30 16.07.2025
Özümüzü Günvurmadan necə qoruyaq?
01:26 16.07.2025
Azərbaycanın Uraldakı diasporunun rəhbərinin oğlu saxlanıldı
00:54 16.07.2025
"Euronews" Xankəndidəki Zirvə Görüşü ilə bağlı reportaj hazırlayıb
00:29 16.07.2025
" İsrail Suriyaya hücumları dayandıracağına söz verib"
23:56 15.07.2025
Husilər İsrailin ı Eylat limanına hücum ediblər
23:10 15.07.2025
NATO Baş katibi üç ölkəni sanksiyalarla hədələyib
22:40 15.07.2025
Hamısı