Avstraliyanın şimal-şərqindəki Queensland əyalətində Gladstone şəhərinə yaxın açıq dənizə düşən meteorit sakinlər arasında çaxnaşmaya səbəb olub.
Yerli vaxtla saat 08.30 radələrində səmada görünən və sürətlə dünyaya yaxınlaşan parlaq işığı görən Gladstone sakinləri sahilə axışıblar. Nəhəng işıq kütləsi Gladstone sahilini sanki günəş kimi işıqlandırıb və səs-küylə dənizə düşüb. İşıq kütləsinin dənizə düşməsiylə birlikdə şəhərdə şiddətli titrəyiş meydana gəlib. Bəzi binaların şüşələri sınıb.
Harvard Universitetinin astrofizik Professor Conatan Mcdowell işıq kütləsinin böyük bir meteora aid olduğunu bildirib.
O, qeyd edib ki, təxminən 1 metr diametrində olan meteor son illərdə dünya ilə toqquşan ən böyük meteordur.