"Eurasia Diary" məlumat verir ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber Azərbaycan hökuməti tərəfindən Bərdədə məcburi köçkünlər üçün salınmış düşərgəyə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, "Bərdədə məcburi köçkünlər üçün çox yaxşı şərait yaradılıb".
Belə ki, o, yaradılmış şəraitlə tanış olduğunu və orada yaşayan insanlarla söhbət etdiyini bildirib.
Bununla yanaşı, "İnsanlarla söhbət edərək regionda güclü gərginlik olduğunu başa düşürəm. Mənə belə imkan yaradıldığına görə şadam. Məcburi köçkünlərin burada necə yaşadığını gözərimlə gördüm. Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. İndi bu məsələ barədə daha çox anlayışım var" - deyə H.Zalber vurğulayıb.
Qeyd edək ki, xüsusi nümayəndə düşərgədə məcburi köçkünlər üçün hər cür şərait yaradıldığını söyləyib: "Amma yaxşı başa düşürəm ki, bu insanlar didərgin olduqları səbəblə bağlı qərarlar gözləyirlər. Onların əsas arzusu öz evlərinə qayıtmaqdır".