Kiyevdə yerli azarkeşlərlə türklər arasında dava düşüb - VİDEO | Eurasia Diary - ednews.net

8 Dekabr,


Kiyevdə yerli azarkeşlərlə türklər arasında dava düşüb - VİDEO

Cəmiyyət A- A A+
Kiyev "Dinamo"su ilə "Beşiktaş" arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından öncə Ukrayna və Türkiyədən olan azarkeşlər arasında toqquşma baş verib.
 
Rusiya mətbuatı xəbər verir ki, hadisə Kiyevin mərkəzində yaşanıb.
 
Zərərçəkənlər barədə hələlik məlumat yoxdur. Yalnız türk fanatlardan birinin barmağının qırıldığı bildirilir. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən qaçıblar.
 
Qeyd edək ki, bu gün "Olimpiyski" stadionunda keçiriləcək "Dinamo" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...