Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb. AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, Azərbaycana qış dekabrın 21-də saat 14:44:12-də daxil olacaq.
Həmin gün ən uzun gecə olacaq. Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verəcək.