"Eurasia Diary" Anadolu-ya istinadən xəbər verir ki, Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlu Hələbdə indiyə qədər 37 min 500 nəfərin təxliyə edildiyini bildirərək "Sabaha qədər təxliyənin bitiriləcəyini" dedi.
Çavuşoğlu rəsmi Tvitter hesabında verdiyi açıqlamada 15 dekabrdan bəri şəhərdən ümumilikdə 37 min 500 nəfərin çıxarıldığını qeyd edib.
Türkiyə sərhədindəki İdlib vilayətində müxaliflərin əhatəsində yerləşən Hizbullahın nəzarətində olan Fua və Kefreya mahallarından də təxliyələr dünən səhər saatlarında başlayıb.
Türkiyə ilə Rusiyanın vasitəçiliyi ilə ötən gün müxaliflər ilə rejim və rejim tərəfdarı olan terrorçu qruplar arasında yeni razılıq əldə edilib. İki ölkə isə yeni razılığın təminatçısı oldu.
Razılaşmaya görə, şərqi Hələb ilə Fua və Kefreyadan qarşılıqlı təxliyələr sabaha qədər bitməlidir.