Ermənistana təzyiq başladı Moskva qaza “basır”...

Analitika 09:28 13.06.2018

Rusiya işğalçı ölkəyə satdığı mavi yanacağı bahalaşdırır – kritik gəlişmə; erməni nəşri: “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiqdir, qiymət qalxsa, indiki hakimiyyətin reytinqi düşəcək”; Paşinyanın “qanının arası”na hələ ki, çempionat girir, çünki...

8 maydan sonra Rusiya-Ermənistan münasibətləri qeyri-müəyyən olaraq qalır. Həmin tarixdə baş nazir seçilən “gizli qərbçi” Nikol Paşinyan hələ ki müttəfiq Rusiya ilə münasibətləri əvvəlki yüksək səviyyədə necə saxlamaq barədə baş sındırır. Çünki bir “ayağı” Qərbdə olan Paşinyanı Moskva artıq ilkin olaraq “dişinə vurub”.

Rusiya belə görünür, Ermənistanda gedən siyasi proseslərə daha seyrçi qalmaq niyyətində deyil. “Yeni Müsavat” xəbər verir ki, artıq Moskvanın bu yöndə hərəkətliliyi müşahidə olunmaqdadır. Məsələn, dünən “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırmaq istəyir. “Bu, Ermənistanın yeni rəhbərliyinə təzyiq vasitəsidir”, - deyə nəşr təlaşla qeyd edib.

Qəzet yazıb: “Rusiya Ermənistan üçün təbii qazın qiymətini 2018-ci ilin sonunadək min kub metr üçün 150 dollar müəyyən edib. İndi isə sərhəddə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyini yola gətirmək üçün ona təzyiq etməyə çalışır. Rusiyanın planı aydındır - qaz bahalaşsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək”.

Bu şəksiz ki, belədir. Nədən ki, təbii qaz strateji əhəmiyyətli enerji daşıyıcısıdır və onun bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki işğalçı ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətidir. Yəni monopoliya məsələsi. Eləcə də iqtisadiyyatın digər sahələri, olan-qalan böyük müəssisələr Rusiyanın nəzarətindədir.    

****

Maraqlıdır ki, məhz baş verənlər fonunda Nikol Paşinyan dünən İrəvanda Rusiyanın Ermənistana yeni təyin olunan səfiri Sergey Kopırkinlə görüşüb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin perspektivi diqqət mərkəzində olub.

Görüş zamanı Paşinyan səfirə “Rusiya ilə Ermənistan arasında dostluq və müttəfiqlik münasibətlərində yeni mərhələnin başladığını” deyib. İkitərəfli əlaqələrin bütün sferalar üzrə inkişafında ölkəsinin maraqlı olduğunu söyləyib. Bir daha Ermənistandan ötrü KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qalıb əməkdaşlığı davam etdirməyin vacibliyini vurğulayıb.

Diqqət edildisə, artıq bununla neçənci dəfədir ki, Nikol Paşinyan sanki suçlu kim Rusiya rəsmiləri ilə görüşdə işğalçı ölkənin yeni rəhbərliyinin Kremlə sadiqliyini sübut eləməyə çalışır. Görünür, Paşinyan özü də yaxşı bilir ki, Moskva onun səmimiliyinə inanır. İnanmamaqda da haqlıdır. Paşinyanın öz komandasını müstəsna olaraq qərbyönlü kadrlardan, hətta Putini söyənlərdən təşkil eləməsi, Təhlükəsizik Şurasına belə “Amerikanın adamı”nı rəhbər qoyması ad özlüyündə çox şey deyir.

Pashinyan ile ilgili görsel sonucu

Bu üzdən hələ ki, Qərblə də möhkəm əlaqələr qura bilməmiş baş nazir Paşinyan Rusiyanın Ermənistanın yeni hökumətini gözdən salmaq üçün bəzi preventiv tədbirlər görəcəyindən ciddi şəkildə təlaşlanır. Söhbət iqtisadi xarakterli təzyiq rıçaqları, qaz şantajı ilə yanaşı, əlbəttə ki, Qarabağ məsələsində İrəvanı qəliz duruma salmaqdan gedir. Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəliləməsinə Rusiyanın susqun reaksiyası bunun anonsu sayıla bilər. 

*****

“Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”. Bu sözləri Azərbaycan ordusunun son Naxçıvan əməliyyatı ilə bağlı bəzi suallara aydınlıq gətirərkən ekspert Natiq Cəfərli deyib (axar.az). Onun sözlərinə görə, Paşinyanın son zamanlar Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Moskvanı əməllicə qıcıqlandırıb.

“Rusiya Paşinyanın komandasının hakimiyyətə gəlməsinə və hər hansı formada Ermənistanda bütün situasiyanı nəzarətə götürməsinə çox sakit yanaşdı. Çünki elə zənn edilirdi ki, Paşinyanın komandası Rusiya ilə əlaqələrin daha da genişləndirilməsində maraqlı olacaq. Paşinyan ilk xarici səfərini Rusiyaya edərək Putinlə görüşsə də, sonradan apardığı bir çox təyinatlar Moskvada qıcıq yaratdı. Belə ki, Paşinyan Ermənistanda bir neçə açar vəzifəyə antirusiya əhval-ruhiyyəsini gizlətməyən gənc kadrları təyin etdi. Açığı, Paşinyanın Ermənistanda hüquq-mühafizə sistemində ciddi dəyişikliklərə start verməsi Rusiyanın xoşuna gəlmir. Rusiya Ermənistanda təhlükəsizlik sektoruna nəzarət etməyə xüsusi önəm verir. Paşinyanın atdığı addımlar Moskvada ciddi qıcıq yaratdığından Rusiya Azərbaycanın Naxçıvanda apardığı əməliyyatlara qarışmadı. Bu fonda Dağlıq Qarabağ və ya sərhədyanı regionlarda işğalçı Ermənistana qarşı müəyyən əməliyyatların bundan sonra da başlaması ehtimalı yüksəkdir”, - deyə o qeyd edib.

Sergey Kopırkin ile ilgili görsel sonucu

Ekspertə görə, Azərbaycanın növbəti əməliyyatlarında Rusiyanın da rolu olacaq: “Çünki Azərbaycan ordusu son illər kifayət qədər güclənib. Qarabağda genişmiqyaslı əməliyyatların başlamaması məhz Rusiya faktoru ilə bağlıdır. Ancaq indi situasiya dəyişib. Əgər Rusiya bu dəfə də Azərbaycana mane olmasa, ordumuz daha kəskin addımlar atacaq. Bu nöqteyi-nəzərdən gələcəkdə Azərbaycan ordusunun müəyyən əməliyyatlara başlaması ehtimalı artır. Ümumiyyətlə, Kremlin bir növ Naxçıvanla Paşinyana müəyyən mesajlar verdiyini və Ermənistanın yeni rəhbərliyini Rusiyanın maraqlarından kənar addımlar atmaqdan çəkindirməyə çalışdığını düşünürəm. Hesab edirəm ki, Rusiya Azərbaycanın növbəti əməliyyatlarına da qarışmayacaq və bu, Paşinyan hökumətinə növbəti mesaj xarakteri daşıyacaq. Nə qədər ki, Paşinyan hökuməti Rusiyanı qıcıqlandıracaq addımların sayını artıracaq, o zaman müttəfiqlərin araları da dəyəcək. Bu isə Azərbaycanın strateji maraqlarına uyğundur”.

Kreml ile ilgili görsel sonucu

Ekspertin qənaətincə, Paşinyan Rusiyanın maraqlarını təmin edəcək addımlar atmasa və Avropa ilə intensiv şəkildə yaxınlaşsa, o zaman Rusiya Qarabağla bağlı Azərbaycana yaratdığı maneələri hissə-hissə aradan qaldıra bilər. “Azərbaycanın müxtəlif kanallar vasitəsilə Rusiya ilə kifayət qədər sıx əlaqələri var”, - deyə o əlavə edib.

*****

Qeyd edilənlərdən belə qənaət hasil olur ki, əslində Moskva Paşinyan və komandası ilə bağlı konkret plan üzərində düşünür. Ancaq Qərbi qıcıqlandırmamaq üçün bu plan yəqin ki, Rusiyadakı futbol çempionatı bitməmiş işə salınmayacaq. Necə deyərlər, erməni baş nazirin “qanının arası”na hələ ki, çempionat girir...

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
Hamısı