Universitetlər müəllimlərə nə qədər maaş verir...

Analitika 11:10 26.03.2019

Bir neçə gün öncə Xəzər Universitetində qalmaqal yaşanıb. Belə ki, universitetdə fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub ona az məvacib (160 manat) verilməsinə etiraz əlaməti olaraq işindən istefa verib. Özəl universitetdə belə bir halın baş verməsi universitetlərdə müəllimlərin maaşları ilə bağlı sualların ortaya çıxmasına səbəb olub. 

Xəzər Universitetində müəllimlərin maaşı niyə belə aşağıdır?

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda müəllimlərin aldıqları əmək haqqı onların ehtiyaclarını ödəmir.

“Düzdür ölkə başçısı İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamı var. Sərəncama görə, orta məktəblərdə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə qaldırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla 34 faiz artıb. Bundan sonra da bir neçə dəfə əmək haqları artıb. Amma ali təhsil müəssisələrində vəziyyət orta məktəbdən fərqlidir”. 

Ekspert deyib ki, ali təhsil müəsisələrində də çalışanların əmək haqları müxtəlifdir:

“Universitetlərdə çalışan müəllimlərin əmək haqları onun ştatda olub olmamasından, elmi dərəcəsindən asılıdır. Məsələn, Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əmək haqqı 650 - 1500 manat arası dəyişir. Bundan əlavə, universitet əməkdaşlarının xeyli hissəsi yerli və beynəlxalq proqram-qrantlarda iştirak edir ki, burdan əldə etdiyi gəlirlə birlikdə mavacibləri 3 min manatdan çox olur. Amma onlarla yanaşı, saat hesabı dərs deyən, elmi dərəcəsi olmayan müəllimlər də var ki, 150 manat əmək haqqı alır.

Başqa bir universitetdə, UNEC-də pedaqoji heyətin orta aylıq əməkhaqqı 1000 manata yaxındır. 2015-16-cı tədris ilindən ölkə universitetləri arasında ilk dəfə UNEC-də Differensial Əməkhaqqı Sistemi tətbiq edilir. Sistemə görə, pedaqoji heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların UNEC-dəki fəaliyyətinin üç əsas istiqaməti – elmi, tədris və özünüinkişaf üzrə müəyyən edilən yüzdən çox göstərici əsasında hər bir müəllim üçün “Müəllimin İllik Xidməti Fəaliyyət Balı” hesablanır. “Müəllimin İllik Fəaliyyət Balı”na əsasən, müəllimlərin illik reytinq siyahısı tərtib olunur. Reytinqdə 1-10-cu yerləri tutan müəllimlərin əməkhaqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əməkhaqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əməkhaqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əməkhaqqı isə 1,2 dəfə artırılır. Hal-hazırda bu universitetdə pedoqoji heyətin orta aylıq əmək haqqı 961 manatdır”.

K.Əsədovun sözlərinə görə, Azərbaycan Tibb Universitetində ingilis dilində dərs deyən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib:

“İmtahanda yüksək nəticə göstərən tam ştatda işləyən müəllimlərin maaşlarına 120 AZN, yarımştat işləyənlərə isə 60 AZN əlavə olunacağı haqqında qərar verilib. Bundan sonra ATU-da hətta 1500 manat əmək haqqı alan şəxslər var. Amma bu, Universitetdə dərs deyən müəllimlərin əmək haqqıdır”. 

Ekspert bildirib ki, universitetlərdə inzibati vəzifə tutan şəxslərin əmək haqqı daha çoxdur:

“Misal üçün, UNEC-də dekanların vəzifə maaşı 2000 manatdır. Dərs deməkdən isə təqribən 500 manat alırlar. Kafedra müdirinin vəzifə maaşı isə 1500 manatdır. Professorun vəzifəsinə görə aldığı maaş isə 1300 manatdır. 
Gəncə Dövlət Universitetində orta aylıq əmək haqqı 396 manat təşkil edir. Bu universitetdə işləyən elmlər doktoru-professorların aylıq maaşı 1200 manat təşkil edir”.

K.Əsədov bildirib ki, hazırda dövlət universitetlərində müəllim və professor heyətinin 25 faizinin yaşı 69 və daha yuxarıdır:

“Gənclərin elmə, universitetə gəlməsi çox zəifdir. Bu gün özəl ali təhsil sistemində mədaxil olan gəlirlərin 80%-i əmək haqqı fonduna yönəlir. Bu olduqca böyük məbləğdir və universitetin inkişafına mane olur. Universitetlər əmək haqlarını digər mənbələrdən ödəməlidirlər. Amma özəl universitetlər bir çox hallarda əməkhaqqı barədə məlumatları gizlədirlər. Onlar maliyyə sirridir deyə, ictimaiyyətə açıq olmurlar”.

Kamran Əsədov deyib ki, Xəzər Universiteti digər özəl universitetlərlə müqayisədə yüksək əmək haqqı verilir.

Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO

Xəbər xətti

Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Hamısı