Qarabağın taleyi Kiprə bənzəyə bilərmi? Müqayisəli təhlil

Analitika 16:59 28.03.2019

Erməni blogger, sabiq deputat və döyüşçü “Yerevantsy” bu gün Vyana görüşlərini dəyərləndirərkən maraqlı bir fikir səsləndirib. O, Qarabağ problemini Kipr məsələsiylə müqaisə edib və bildirib ki, Qarabağın taleyi də Kiprdəki kimi olacaq.

 

Vyana görüşündən əvvəl belə bir ideyanın ortaya atılması həm yerli, həm də Ermənistan mətbuatında rezonansa səbəb olub.

 

Qarabağ probleminin həllində Kipr sendromasının yaşanması, əslində reallıqdan çox da uzaq arqument deyil. Bu gün Qarabağ probleminin başlanma səbəbi olan Dağlıq Qarabağdan savayı ətraf rayonlar da Ermənistanın işğalı altındadır və Ermənistan xüsusən də Paşinyan hökuməti heç bir vəchlə bu torpaqların azad edilməsinə imkan yaratmırlar. Əksinə, Paşinyan və onun komandası tez-tez “sülhü ərazilərə dəyişməyəcəyik” deyərək kompramis qapılarını ardına kimi bağlayırlar. Digər bir tərəfdən beynəlxalq hüquq və ictimaiyyət Azərbaycanı bu məsələdə haqlı görür və onun ərazi bütövlüyünü təmin etmək üçün atacağı addımları leqal hesab edir. Bu stuatsiyada hadisələrin gedişini proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycan uzlaşa bilmədiyi düşmənlə döyüşə girəcək və ərazilərin bis qismini, böyük ehtimalla Dağlıq Qarabağın ətrafında yerləşən rayonları ermənilərdən geri alacaq. Ancaq sıra Dağlıq Qarabağa çatanda nə Rusiya, nə ATƏT nə də ki, beynəlxalq ictimaiyyət bizim tərəfimizi saxlamayacaq.

 

Belə şəraitdə Azərbaycan ordusu irəliləyişini dayandıra bilər və Qarabağın bir hissəsini azad etdikdən sonra yenidən uzun-uzadı və kompramissiz danışıqlar başlaya bilər. Bu hal eynən Kiprdəki vəziyyəti xatırladar. Beləki, Kiprin bir hissəsi Türklər tərəfindən azad edilmiş, bir hissəsiysə yunanlarda qalmışdı. Faktiki olaraq Kıbrıs hərakatından sonra Kipr iki yerə parçalanmışdı. Ancaq bizim münaqişəylə Kipr münaqişəsinin əsas fərqi ondadır ki, orada müharibə aparan, əraziləri azad edən tərəf olan türklər heç də o ərazilərə işğal edildiyi üçün hücum etməmişdi. Kiprdə hərbi xunta dövlət çevrilişi edərək hakimiyyətə gəlmiş adadakı türklərə qarşı qırğınlar törətməyə başlamışdı. Nəticədə 1974-cü ildə Türk ordusu “Kıbrıs Barış Harekatı” adıyla adadakı xuntaya qarşı hərbi əməliyyatlara başlamış və nəticədə adanın 35%-i (Türklərin kompakt yaşadıqları ərazilər) azad edilmişdi. Həmçinin Türkiyənin o dövr baş naziri olan Bülent Ecevit mətbuata açıqlama verərəkən “Türk ordusunun adaya müharibə deyil, adada sülhü təmin etmək üçün girdiyini” xüsusi olaraq vurğulamışdı.

 

Ancaq Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin formalaşması və gedişatı tamamilə ayrıdır. Əvvəla, yuxarıda qeyd etdiyimiz ssenari reallaşsa belə Azərbaycan Dağlıq Qarabağın nə müstəqilliyini, nə də Ermənistana birləşməsini qəbul etməyəcək. Həmçinin Kiprdən fərqli olaraq Qarabağ hər hansısa bir dövlətin deyil, birbaşa tarix boyu Azərbaycanın tərkib hissəsi olub. Burada işğala məruz qalan və soyqırımlar yaşayan azərbaycanlılar var və onlar heç də bu stuatsiyada sülhün tərəfdarı deyillər. Kiprin sadəcə türklər yaşayan bölgəsinin azad edilməsi onlara kifayət idi, ancaq bizim üçün bütün Qarabağın azad edilməsi tarixin çiyinlərimizə yükədiyi məsuliyyət və şərəf məsələsidir.

 

Mövzuyla bağlı politoloq Şahin Cəfərli Eurasia Diary-ə eksklziv açıqlama verərkən qeyd edib ki “1959-cu ildə imzalanan Sürix və London müqavilələri əsasında 1960-cı ilin avqustunda vahid Kipr dövləti yaradılıb və onun Konstitusiyası razılaşdırılıb. Müqavilələrə adanın yunan və türk icmalarının rəhbərləri və təminatçı dövlətlər kimi Böyük Britaniya, Yunanıstan və Türkiyə imza atıblar. (Kipr 1878-1914-cü illərdə Britaniya protektoratı altındakı ərazi, 1915-1960-cı illərdə isə Britaniyanın müstəmləkəsi olub.) Konstitusiyada dövlətin prezidentinin yunan, vitse-prezidentinin türk, 10 nazirdən 7-nin yunan, 3-nün türk, Konstitusiya Məhkəməsinin 3 hakimindən 2-nin yunan və türk, 1-nin bitərəf, dövlət aparatında çalışanların 70%-nin yunan, 30%-nin türk olması, prezidentlə yanaşı, vitse-prezidentin də parlamentin qəbul etdiyi qanunlara veto qoyması və digər hüquqlar təsbit olunmuşdu. 1974-cü il iyulun 15-də Yunanıstandakı xunta rejimi Kiprdə çevriliş edərək prezident Makariosu devirdi və onun yerinə enozis (Yunanıstanla birləşmə) tərəfdarı olan Nikos Sampsonu hakimiyyətə gətirdi. Sampson Sürix-London anlaşmalarına və Konstitusiyaya zidd olaraq Kipr adasını Yunan Respublikası, özünü isə bu respublikanın prezidenti elan etdi, yerli türklərin hüquqlarını tanımadı və onlara hücumlar başladı. Türkiyə iyulun 20-də sülhün təminatçısı olan dövlətlərdən biri kimi adaya hərbi intervensiya həyata keçirdi və türk icmasını hücumlardan mühafizə etdi. Sonra Şimali Kipr Türk Cümhuriyyəti elan olundu. Bu respublika dünya tərəfin  dən tanınmadı və indi də tanınmır, amma o vaxtdan bəri ada de-fakto iki hissəyə bölünüb”.

 

“İndi qeyd etdiyim bu tarixi təcrübə ilə Dağlıq Qarabağ münaqişəsi arasında nə dərəcədə paralellik aparmağın mümkün olmasına nəzər salaq. Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın, Ermənistanın və hər iki icmanın imzaladığı sülh müqaviləsi varmı? Xeyr, yalnız atəşkəs sazişi var – 1994-cü il tarixli Bişkek protokolu. Bütün tərəflərin imzası ilə, beynəlxalq təminat altında Dağlıq Qarabağ adlı dövlət yaradılıbmı? Xeyr, yalnız erməni icması birtərəfli qaydada vahid dövlətdən, yəni Azərbaycan Respublikasından ayrıldığını və müstəqil olduğunu elan edib, bu addım isə heç bir dövlət tərəfindən tanınmayıb. Bəli, burada Şimali Kiprin hüquqi durumu ilə müəyyən oxşarlıq var, amma mən inanmıram ki, erməni müəllif öz yazısında bu oxşarlığı nəzərdə tutub. Başqa bir oxşarlıq isə budur ki, Kiprdəki hərbi çevrilişdən sonra yerli türklərə hücumlar olmuşdu, Dağlıq Qarabağda isə erməni separatizmi yerli azərbaycanlılara hücumlar və etnik təmizliklə müşayiət olundu. Məncə, erməni müəllif bunu da nəzərdə tutmur. Böyük ehtimalla o, hazırda Kiprin yunan hissəsinin, yəni Kipr Respublikasının adada yeganə legitim təsisat kimi dünya tərəfindən tanınmasına istinad edərək Dağlıq Qarabağdakı hazırkı oyuncaq rejimin də tanına biləcəyinə işarə edir. Bu, reallıqdan çox, erməni tərəfinin arzusudur. Mən bu ehtimalı olduqca zəif, hətta qeyri-mümkün sayıram. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iştirakı və razılığı olmadan həlli mümkün deyil, Azərbaycan isə aydındır ki, heç vaxt DQ-nin müstəqilliyinə razılıq verməz” deyə Ş. Cəfərli bildirib.

 

Sonda Ş. Cəfərli qeyd edib ki, “Kipr Britaniya kolonializmi başa çatdıqdan sonra müstəqil olub və yuxarıda qeyd etdiymiz kimi, beynəlxalq müqavilələr əsasında orada dövlət qurulub. Hazırda ada ikiyə bölünmüş vəziyyətdə olsa da, bütün tərəflər birləşmənin tərəfdarıdır, sadəcə, birləşmənin şərtləri uzun illərdir ki, mübahisə mövzusudur. Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində muxtariyyət idi və başqa bir dövlətin, yəni Ermənistanın bilavasitə iştirakı, kənardan müdaxiləsi ilə yerli ermənilər özünü müstəqil elan edərək buna razılıq verməyən mərkəzi hökumətə qarşı müharibəyə başlayıb. Bu müharibənin gedişində azərbaycanlılar Dağlıq Qarabağdan qovulub və DQ-dan daha böyük olan ətraf rayonlar da işğal edilib. Kipr problemindən fərqli olaraq, burada tərəflər diametral şəkildə əks mövqedədir – bir tərəf işğalı legitimləşdirib beynəlxalq tanınma əldə etmək, digər tərəf isə itirdiyi ərazilər üzərində öz suverenliyini bərpa etmək istəyir. Bu baxımdan Kipr və Dağlıq Qarabağ problemləri arasında paralellik aparmağın yanlış olduğunu düşünürəm. Oxşar tərəflər həm Dağlıq Qarabağdakı rejimin, həm də Şimali Kiprin beynəlxalq tanınma olmadan fəaliyyət göstərməsidir, amma qeyd etdiyimiz kimi, Kipr türkləri və onları dəstəkləyən Türkiyə vahid Kipr dövlətinin tərəfdarıdır”.

 

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Hamısı