Xarici jurnalistlərdən dərman dilənən körpə həmyerlilərimizin taleyi necə olacaq? XİN-dən açıqlama

Analitika 12:16 03.05.2019

Aprel ayının 30-da “Reuters” agentliyinin dərc edilən yeni məqaləsi azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu məqalədə İraqda həbs edilmiş və çox ağır vəziyyətdə saxlanılan, ərlərinin və atalarının günahlarının qurbanı olan azərbaycanlı qadın və uşaqlar barədə məlumatlar qeyd edilib.

 

"Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin"

“Reuters”in əməkdaşları İraqda İŞİD üzvlərinin ailələrinin saxlanıldığı həbsxanaya - Rusafaya səfər edib. Qeyd edək ki, bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır. Onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq ilə 15 yaş arasındadır. Onlardan neçəsinin azərbaycanlı olduğu barədə dəqiq məlumat yoxdur, ancaq məqalədə bir neçə azərbaycanlı uşaq və qadından söhbət açılır.

 Azərbaycanlı qadınlardan biri: “Nə olar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizim üçün yaxşı yer deyil” deyə jurnalistə müraciət edib. “Bizə paltar, dərman gətirmisən? Doğrudan, bizə dərman lazımdır”, – mavi hicablı azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist, qızın 100-dək uşağın əhatəsində danışdığını yazır. Sonradan məlum olur ki, bu körpə həmyerlimizin anası terror qruplaşmasına üzv olduğu üçün İraq məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum edilib.

Rəsmi Bağdadın imkanları məhdud olduğundan, İraq məhkəmə qarşısına çıxarılmayan şəxslərin öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüquqi baxımdan mürəkkəb, siyasi “zəhərli” məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib.

 

"5 dəqiqə içində məhkəmə heyəti edam qərarı verdi"

Məqalədən bir daha aydın olur ki, İraqdakı həmvətənlərimizin vəziyyəti ağırdır. Qeyd etmək lazımdır ki, oradakı qadınların və uşaqların əslində heç bir hərbi əməliyyatda və hücumda iştirak etmədiyi də bəllidir. Qadınların əksəriyyətinin İŞİD-ə qatılması ərlərinin məcburiyyəti əsasında baş tutub. Uşaqların isə ümumiyyətlə, günahlarından söhbət belə gedə bilməz. Bundan savayı, məhkum edilmiş qadınların məhkəmələri də formal xarakter daşıyır. Belə ki, biz oradakı həmyerlilərimiz haqqında açılan cinayət işləri və məhkəmə praseduraları haqqında nə qədər çalışsaq da məlumat ala bilmədik. Bu zaman türkiyəli həmkarımız, bir il əvvəl İraqda azərbaycanlı, türk və digər millətlərdən olan məhkum qadınlar haqqında silsilə repartajlar hazırlamış İlker Akgüngörlə əlaqə saxladıq.

İlker Akgüngör ile ilgili görsel sonucu

İ. Akgüngör qeyd edir ki, “Ümumiyyətlə qadın və uşaqların saxlanma şəraiti çox ağırdı. Məhkəmələr isə formal xarakter daşıyır. Məhkəmələrin birində jurnalist həmkarımız iştirak etmişdi. Həmin məhkəmədə hakim məhkuma 3 sual verdi. Sonrasında 5 dəqiqə içində məhkəmə heyəti edam qərarı verdi. Adətən məhkəmə əksər məhkumlara ya ömürlük həbs, ya da edam cəzası verir. Ən son bildiyimə görə orada 328 türk qadın var idi. Təbii ki, orada azərbaycanlı qadınlara da rast gəlmişdik. Orada heç bir qadın Rusafada qalmaq istəmir. Hər kəs övladları ilə birlikdə öz ölkələrində mühakimə olunmaq istəyirlər. Əldə etdiyimiz məlumatlara görə, ağır şəraitlərə dözməyən bir çox qadın özünü öldürüb, yetim, kimsəsiz uşaqların sayı çoxdur. Təbii ki, bilmirik onların neçəsi azərbaycan türküdür”.

 

Bəs nə üçün onlarla günahsız azərbaycanlı İraq çöllərində hansısa bədəvi ərəbin insafına tərk edilməlidi? Niyə o uşaqlar hansısa bir xarici jurnalistdən dərman dilənməlidir? Axı, biz düşmənimizə duz-çörək verən xalqıq. İndi nə oldu ki, öz övladlarımıza, qadın və uşaqlarımıza yiyə dura bilmirik!? İraqda, Suriyada və İŞİD-in bir neçə il əvvəl təsirli olduğu bir çox ölkələrdə sahibsiz qalmış, seks köləsinə çevrilmiş, bəlkə də zorlanmış, öldürülmüş onlarla, bəlkə də, yüzlərlə soydaşımız var. Amma bizim o soydaşlarımızdan xəbərimiz yoxdur.

 

Azərbaycan hökuməti günahsız uşaq və qadın həmyerlilərimizin geri qaytarılması üçün hansı işləri görür?

 

"20 azyaşlı uşaq ölkəmizə qaytarılıb"

 

Bu sualı aydınlaşdırmaq üçün Xarici İşlər Nazirliyinə zəng etdik. XİN mətbuat katibi Leyla Abdullayeva qeyd etdi ki, Azərbaycanın İraqdakı Səfirliyi mütəmadi əsaslarda İraqın XİN və digər aidiyyəti qurumları ilə təmasdadır. Məlum olduğu kimi, ötən il İraqdan valideynlərini itirmiş 20 azyaşlı uşaq ölkəmizə qaytarılıb. Bu istiqamətdə işlər müvafiq qaydada davam etdirilir.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

Eyni sualı Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinə də ünvanladıq. Komitədən verilən cavabdan belə başa düşdük ki, komitə hardasa İraqda kimsəsiz azərbaycanlı uşaqların geri qaytarılması üçün işlər görüb. Ancaq sualımızı orada ağır şəraitdə məhbus həyatı yaşayan azərbaycanlı qadınlara istiqamətləndirdikdə, komitədən konkret bir cavab ala bilmədik.

 

Bəs həmvətənlərimizin hər birinin Azərbaycana qaytarılması mümkündürmü? Buna beynəlxalq hüquq imkan verirmi?

 

Bu sualları Eurasia Diary üçün tanınmış hüquqşunas Fərhad Mehdiyev cavablandırıb.

ferhad mehdiyev ile ilgili görsel sonucu

F. Mehdiyev qeyd edib ki, İraqda həbsdə saxlanılan qadın və uşaqların qaytarılması üçün əvvəlcə rəsmi tələb olmalıdır. Azərbaycan höküməti heç olmasa ilkin mərhələdə azyaşlıların qaytarılmasını İraqdan tələb etməlidir. Bildiyimiz qədər də ötən il birneçə azyaşlı ölkəyə qaytarılmışdı. Bundan savayı belə hesab edirəm ki, məhkumların hər birinin qaytarılması üçün iki dövlət arasında müqavilə bağlanmasına ehtiyac var. Bu müqavilə ekstradisiya haqda müqavilədir. Azərbaycan belə bir müqaviləni Türkiyə, Macarsıtan və digər ölkələrlə bağlayıb. Məsələn, Ramil Səfərov Azərbaycanla Macarsıtan arasında bağlanmış ekstradisiya haqda müqaviləyə əsasən Azərbaycana gətirilmişdi.

 

"Onların əksəriyyəti günahsızdır"

 

Həmçinin belə hesab edirəm ki, yalnız azyaşlı uşaqların deyil, İraqda ağır şərtlərdə saxlanılan bütün qadın məhkumların geri qaytarılması lazımdır. Çünki onların əksəriyyəti günahsızdır. Bundan savayı İraq qanunvericiliyi, Azərbaycan qanunvericiliyindən tamamilə fərqlidir. Məsələn, orda məhkuma konkret dəlil və ya sübut olmadan ömürlük həbs və ya edam da verilə bilər. Eyni zamanda İraqda həbsdə saxlanılan vətəndaşların həbs şəraiti də çox pisdir. Azərbaycan həbsxanaları Avropa Şurası və digər beynəlxalq insitutların müvafiq prinsipləri əsasında formalaşdırılıb və daim nəzarətdədir. Ancaq İraq həbsxanaları üçün belə bir fikir söyləmək olmaz. Orada ekoloji vəziyyət belə normal deyil. Ona görə də məqalədə də qeyd edildiyi kimi oradakı həmvətənlərimizin səhhəti və şəraiti heç də ürəkaçan deyil.

 

F. Mehtiyev həmçinin bildirib ki, mahiyyət üzrə oradakı həmvətənlərimizin həbs edilməsi, sərbəst buraxılması və ya Azərbaycana qaytarılması İraq hökümətinin səlahiyyətlərinə aiddir. Bu İraqın daxili işidir. Ancaq Azərbaycan diplomatik himayə hüququndan istifadə edə bilər. Bu hüquq vətəndaşlara deyil, məhz dövlətlərə şamil edilir. Eyni zamanda oradakı uşaqların ağır vəziyyətiylə bağlı UNİCEF-ə müraciət edilə bilər. Hətta, Azərbaycan İraqın azərbaycanlı məhkumları qaytarmağa etiraz etməsi halında BMT-nin İnsan hüquqları Komitəsinə müraciət edə bilər. Çünki İraqda saxlanılan qadınların, xüsusilə də azyaşlıların əksəriyyətinin hər hansısa bir terror aktında iştirab etməsilə bağlı konkret faktlar yoxdur və Reutersin xəbərlərində də görüldüyü kimi onlar çox ağır vəziyyətdə saxlanılırlar. Hətta çox güman onlar qeyri-insanı rəftarla da qarşılaşıblar. Ona görə də qeyd etmək istəyirəm ki, sözügedən həmvətənlərimizi ölkəyə qaytarmaq üçün müxtəlif yollar var. Əsas maniələr isə onların və ya ailə üzvlərinin terror qruplaşmasına üzv olması və öz ailələri tərəfindən axtarılmamasıdır. Çünki bir çox ailə bu səbəbdən öz övladından imtina edib. Hüquqi praseduranın başladılması üçün isə valideynlərin tələbi və müvafiq qurumlara rəsmi müraciəti olmalıdır.

 

Nicat İsmayılov

Əmrullayev Əmrulla

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Hamısı