Bütün dünyanın gözlədiyi görüş baş tutdu ABŞ Rusiya ilə uzlaşır?

Analitika 11:56 15.05.2019

ABŞ xarici işlər naziri Mayl Pampeo ötən gün Moskvaya rəsmi səfər Rusiya prezidenti Vladimr Putinlə görüşüb. Qeyd edək ki, bu görüş 2 gün əvvəl təxirə salınmışdı, lakin görünür, Pompeo öz uçuş qrafikini Moskvaya uyğunlaşdıra bilib. Bu həmçinin Moskva görüşünün nə qədər vacib olduğunu da gözlər önünə sərir.

 

Pompeo səfərinin əsas hədəfi Putinin son siyasi proseslərdən sonra nəbzini ölçmək və bir neçə məsələdə razılaşmalar əldə etmək idi. Ancaq Pompeonun ABŞ-ın İrana, Türkiyə və Çinə təzyiqlər həyata keçirdiyi, Venesuela və Əfqanıstanda birbaşa olaraq rus maraqlarına zidd siyasət yürütdüyü bir zamanda Rusiyaya səfər etməsi beynəlxalq aləmdə təəccüblə qarşılandı.

 

Maraqlıdır ki, Pompeo ilə Putinin görüşü ilə bir neçə ay bundan əvvəl ABŞ prezidentinin müşaviri Boltonun görüşündən çox məqamlarına görə fərqləndi. Bolton görüşü daha sərt, qarşılqılı ittihamlar müstəvisində keçmişdi və ABŞ nümayəndəsi heç də Putini dilə tutmaq üçün yox, Putinə ABŞ-la uzlaşmasa yeni problemlərlə üzləşə bilcəyini deməyə gəlmişdi. Amma Pompeonun səfərini tamamilə sülhə və əməkdaşlığa atılan yeni bir addım idi.

 

Rusiya lideri bildirib ki, ABŞ Prezidenti Donald Trampla bu yaxınlarda baş tutmuş söhbətdən sonra onda belə bir qənaət hasil olub ki, Ağ Ev rəhbəri iki ölkə arasında münasibətlərin bərpa olunmasında israrlıdır.

Putin ilk növbədə müzakirə olunmalı məsələlər arasında iqtisadi əlaqələri qeyd edib. O bildirib ki, iki ölkə arasındakı ticarət dövriyyəsi çox aşağıdır, son zamanlar isə sıfıra yaxınlaşır. 

Öz növbəsində Mayk Pompeo Rusiya və ABŞ-ın üzərində birgə işləyə biləcəyi məsələlərin az olmadığını deyib. 

 

"Bizim ortaq maraqlarımız və əməkdaşlıq edə biləcəyimiz məsələlər var. Biz xalqlarımızın daha yaxşı yaşaması və dünyanın ümumilikdə inkişafı üçün birgə çalışa bilərik. Ona görə də ABŞ prezidenti məndən bu məlumatı çatdırmağı və müəyyən ideyalar və layihələr barədə danışmağı xahiş etdi", - Pompeo bildirib.

 

Bu açıqlamalar bizə onu deməyə əsas verir ki, ABŞ Rusiyayla gərginliyi azaltmaq, hətta onu öz tərəfinə çəkmək üçün səy göstərir. Bunun səbəbi isə aydındır. ABŞ tarix boyu heç vaxt 2 böyük rəqiblə eyni zamanda qarşı-qarşıya gəlməyib. Hər zaman onunla münaqişədə olan tərəfləri qarşı-qarşıya gətirib. Bu ABŞ diplomatiyasının bir əsrdən çoxdur ki, davam edən və kifayət qədər də uğurlu hesab edilən bir siyasi ənənədir. Nəzərə almaq lazımdır ki, ABŞ Çinlə yeni ticarət savaşına başlayır. Tramp yenidən gömrük vergilərini artırmaq barədə qərar qəbul edib. Eyni zamanda Rusiyanın müttəfiqi İrana qarşı sanksiyaları genişləndirmək haqqında qərar imzalayıb. Və artıq ABŞ İranı sadəcə sanksiyalarla deyil, eyni zamanda hərbi müdaxiləylə də hədələməyə başlayıb. Belə bir zamanda ABŞ Rusiya ilə uzun zamandır davam edən “nisbi soyuq müharibə”ni dayandırmağa çalışır. Putin isə iqtisadi əməkdaşlıq olmadan, sanksiyaların kölgəsində ABŞ-Rusiya münasibətləri təsəvvür etmədiyini açıq şəkildə bəyan edir. Bu baxımdan görünür, ABŞ Rusiya ilə əməkdaşlığa razıdır. Yeter ki, Çin, Şimali Koreya və İran siyasətində ABŞ-a mane olmasın.

 

Rəqiblərini bir-bir sıradan çıxarmağı düşünən ABŞ bir müddət daha qlobal hegomonluğunu Rusiya ilə bölüşəcək. Amma bu müddət ərzində İran, Şimali Koreya və əsas da Çin problemini həll etməyə çalışacaq. Və qeyd etmək lazımdır ki, ABŞ-ın yuxarıda qeyd edilən siyasətinin uğurlu olması üçün Rusiya ilə uzlaşmağa məcburdur. Çünki indiki stuatsiyada Rusiyanı, İran kimi dünyadan təcrid edə bilməyəcək. Ən azından Rusiya silah və enerji ixracatına görə dünyanın bir çox ölkələrinin, eyni zamanda ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyə və Avropa ölkələrinin əsas əməkdaşlıq etdiyi ölkədir. ABŞ bu əməkdaşlığı əngəlləməyə çalışdıqca Türkiyə və Almaniya örnəyində göründüyü kimi yeni siyasi problemlərlə qarşılaşır. Yeni problemlərsə ABŞ-ı daha çox hədəfindən uzaqlaşdırır. Ona görə də ABŞ Yaxın Orta Şərq, Körfəz və Şimali və Şərqi Afrika regionunda möhkəmlənmək və hədəflərini reallaşdırmaq üçün hələ bir müddət ABŞ-la uzlaşmalı olacaq.

 

Nicat İsmayılov

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı