Türkiyə Çin münasibətlərində uyğur problemi Ərdoğan uyğurlara xəyanət etdi?

Analitika 14:44 06.07.2019

Yaponiyada keçirilən G-20 zirvəsindən dərhal sonra, iyul ayının 2-də Pekinə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pekində verdiyi açıqlamalar dünya mətbuatında geniş müzakirələrə səbəb oldu. Belə ki, Çin dövlət televiziyasının məlumatına görə Ərdoğan qeyd edib ki , "Çinin Sincan bölgəsindəki vətəndaşların Çinin rifahı və inkişafı içində xoşbəxt həyat sürdükləri bir gerçəkdir. Türkiyə Türk-Çin əlaqələrinin kimlərinsə tərəfindən pozulmasına imkan verməz. Türkiyə radikalizmə qarşıdır və Çinlə qarşılıqlı siyasi etibarı təmin etmək və təhlükəsizlik, iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir".

erdoğan şi cinping uygur ile ilgili görsel sonucu

 

Maraqlıdır ki, Çin mətbuatının verdiyi bu xəbələrlərə Türkiyə tərəfindən rəsmi reaksiya gəlmədi. Ərdoğan bu açıqlamaların türk mətbuatında da yer verilməsindən sonra xüsusən millətçi kəsim tərəfindən sərt tənqid edilsə də bu xəbərləri təkzib etmədi. Beləliklə, Türk dünyasını düşündürən bir sual meydana çıxdı: "Ərdoğan uyğurlara xəyanət etdi?"...

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu BMT-nin İnsan Hüquqları Bürosunun toplantısında çıxış edərək Çinin ölkə daxilindəki türk və müsəlman azlıqlara qarşı həyata keçirdiyi hüquq pozuntularının narahatlıq doğurduğunu bildirmiş və bu açıqlamalar Çin tərəfində gərginliyə səbəb olmuşdu.

 

Uyğur problemi nədən ibarətdir?

uygur sorunu ile ilgili görsel sonucu

 

Uyğur problemi eynən Qarabağ, Kərkük, Krım və s. problemlər kimi ancaq bir xalqın, etnosun deyil, bütün türk dünyasının ortaq məsələsi və problemidir. İllərdir türk və müsəlman dünyasında bu problem tez-tez dilə gətirilir və uyğurların pozulan hüquqlarına, onlara qarşı edilən təzyiqlərə dəstək nümayiş etdirilir.

Uyğur məsələsi tarixi baxımdan heç də yeni bir problem deyil. Bu problem XVIII əsrdə  Şərqi Türküstanın (uyğurların yaşadığı vilayət) Tsin-Mancur sülaləsi tərəfindən işğal edilməsi ilə formalaşıb. O dövrdən bu günə qədər uyğurlar dəfələrlə inqilablarla, üsyanlarla müstəqil dövlətlərini formalaşdırmağa cəhdlər edib və bəzi zamanlarda buna nail olublar.

Sonuncu müstəqil uyğur dövləti olan Şərqi Türküstan 1944-cü ildə Sovet imperiyasının dəstəyi ilə müstəqil dövlət qurulmuşdu. Sonradan Çin Xalq Respublikasının yaranması və Çində kommunist rejimin hakimiyyəti ələ alması Çinlə SSRİ arasında əlaqələrin yaxşılaması ilə nəticələndi. Sonda 6 il çinlilərə qarşı mübarizə aparan uyğurlar SSRİ-nin də Çinə dəstəyi nəticəsində məğlub oldular. 1955-ci ildə isə Şərqi Türküstanda Sintzyan-Uyğur vilayəti yaradıldı və vilayət Çinə tabe edildi.

Bununla belə uyğurlar bu situasiya ilə barışmadı və öz mübarizələrinə davam etdilər. Uyğur probleminin mahiyyətini izah etmək üçün üç əsas məsələyə diqqət yetirmək lazımdır:

  1. Uyğur türkləri özlərinin kompakt yaşadığı ərazidə, Şərqi Türküstanda tarixi dövlətçilik ənənələrini bərpa edib, müstəqil dövlət qurmağı tələb edirlər;

  2. Çin xüsusən SSRİ-nin dağılmasından sonra regionda artan müstəqillik meyillərini əngəlləmək üçün uyğur türklərinə qarşı təzyiqlər və repressiyalar həyata keçirir;

  3. 2017-ci ildə CNN tərəfindən dünyaya çatdırılan məlumatlara görə Çin illərdir milyonlarla uyğur türkünü heç bir əsas olmadan həbsə atır və ya konsantrasiya kamplarına göndərir ki, bu düşərgələrin Hitler dövründəki nasist ölüm düşərgələrindən elə də ciddi fərqi yoxdur. Üstəlik son 30 ildə Çin rejimi uyğur türkərinə qarşı müxtəlif miqyaslı kütləvi qırğınlar və qətliamlar törədib. Bunlara misal olaraq Koşgar-Barın olaylarını (5 min uyğur öldürüldü), Gülcə hadisələrini (100-ə yaxın uyğur öldürüldü), Urumçi hadisələri qeyd edə bilərik. (1000-ə yaxın uyğur öldürüldü). Qeyd edək ki, bu rəqəmlər rəsmi deyil.

Bunlarla birlikdə, Çin Hüquq Müdafiəçiləri adlı aktivist qrup 2017-ci ildə Çində həyata keçirilmiş həbslərin 21%-nin Sintszyan-Uyğur bölgəsinin payına düşdüyünü diqqətə çatdırıb. CNN-nin məlumatına görə isə bir milyondan çox uyğur türkü məcburi şəkildə düşərgələrə göndərilib. Həmçinin Əhalinin 1953-cü ildəki siyahıyaalmasına görə əhalinin 75%-ni uyğurlar təşkil edirdi və ölkənin dominant etnosu olan han çinlilərinin sayı cəmi 6% idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişdi və hazırda uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfər), hanların sayı isə 40%-i ötüb. Ötən müddətdə uyğurların etirazlarının səbəblərindən biri də məhz Çin hökumətinin apardığı demoqrafik siyasətlə əlaqəli olub: mərkəzi hökumət müsəlmanları ölkə miqyasında olduğu kimi, bu bölgə daxilində də azlığa çevirməyə çalışır.

 

Bütün bu faktlara diqqət yetirdiyimiz zaman bir sual meydana çıxır. Nə üçün Çin uyğurlara qarşı bu qədər amansızdır?

doğu türkistan ile ilgili görsel sonucu

Çinin uyğurlara qarşı sərt davranışının kökündə duran amil bəzi siyasətçi və ya tarixçilərin də qeyd etdiyi kimi tarixdən gələn revaşsizm və ya radikal millətçilik deyil. Çünki Çinin sadəcə Şərqi Türküstan problemi yoxdur, eyni zamanda Tibet problemi də var. Bundan savayı Şərqi Türküstanda ancaq uyğur türkləri deyil, özbəklər, hanlar və digər müxtəlif mənşəli xalqlar da yaşayır və bu xaqlar da uyğurlar qədər olmasa da Çin repressiyalarından zərər görüblər.

Çinin uyğur probleminə qarşı sərt tutumunun arxasında duran əsas amil qorxudur. Çin uyğurların ciddi dirənişlərinin tarix boyu şahidi olmuş bir dövlətdir. Dirənişə qatılan uyğurlar nə ölümdən, nə də hər hansısa bir amildən qorxmurlar. Əksəriyyət dindar müsəlman olan uyğurlarda dirəniş zamanı vəfat etmək bir müsəlmanın çata biləcəyi ən böyük zirvə olan şəhadət anlamına gəlir. Ona görə də uyğur dirənişləri uzunmüddətli və qanlı olur. Məhz bu səbəbdən Çin uyğurlar üzərində xüsusi texnologiyalardan istifadə edərək onları daimi nəzarətdə saxlayır. Eyni zamanda uyğur uşaqlarının əksəriyyətinin konsentrasiya düşərgələrinə zorla aparılmasının arxasında da bu məqsəd durur. Çinin hədəfi uyğurların dini və ailə dəyərlərini aşındırmaq və onları Çin komunizminə sadiq vətəndaş halına gətirməkdir.

Yechung County Number 11 and Number 10 Middle School

Ancaq uyğurlara qarşı bitib-tükənməyən təzyiqlər və repressiyaların arxasında duran tək məqam uyğurların etnik kimliyi və milli dəyərlərində olan keyfiyyətləri deyil. Həm də uyğurların kompakt yaşadıqları ərazidir. Uyğurların vətəni olan Şərqi Türküstan Çin üçün ən önəmli vilayətlərdən biridir. Bu vilayətin Çin əhəmiyyətini aşığadakı göstəricilərlə daha aydın etmək olar:

  • Şərqi Türküstan və ya Sintzyan-uyğur vilayəti 1, 65 milyon kv.km əraziyə sahib olmaqla Çinin ən böyük ərazi vahididir;

  • Sintzyan-Uyğur vilayəti enerji mənbələri ilə də zəngindir. Belə ki, Çinin quruda istehsal etdiyi neftin 30%-i, təbii qazın 33%-i, daş-kömür yataqlarının isə 40%-i bu vilayətin payına düşür. 

  • Vilayət Monqolustan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Hindistan və Cammu-Kəşmirin Pakistanın nəzarətindəki hissəsi ilə həmsərhəddir.

  • Həmçinin Sintzan-uyğur vilayəti Çinin digər konfliktli ərazidi olan Tibetə də çox yaxındır. Şərqi Türküstanda baş verə biləcək hadisələr tez bir zamanda Tibetə də yayıla bilər;

  • Vilayət Qədim İpək yolu üçün strateji əhəmiyyətə malik ərazidə yerləşir və Mərkəzi Asiya ilə qurulacaq əlaqələrdə bu vilayətin çox böyük əhəmiyyəti var. Çinin qlobal infrastruktur layihəsi olan Kəmər Yol çərçivəsində 3 trans-Avrasiya iqtisadi dəhlizindən biri – şimal dəhlizi (Çin-Orta Asiya-Rusiya-Avropa) Sintszyandan keçir. İnşa olunan 15 quru limanı (yük terminalı) və 2 hava limanı ilə Sintszyan mühüm logistika mərkəzi olacaq. Bu səbəblə, bölgədə uzunmüddətli sabitliyi bərqərar etmək və etiraz potensialını aradan qaldırmaq Çin üçün həyati əhəmiyyətli vəzifəyə çevrilib. 

 

Uyğur probleminin Türkiyə-Çin münasibətlərinə təsiri

türkiye çin ile ilgili görsel sonucu

Çin  Türkiyə arasında əməkdaşlığın tarixi bir o qədər də qədim deyil. 70-80-ci illərdən başlayaraq tərəflər arasında qarşılıqlı diplomatik əlaqələr intensivləşib. SSRİ-nin dağılmasından sonra iki dövlət arasındakı münasibətlərdə yeni bir era başlandı. Türkiyənin daxili bazarlarında yaşanan qıtlıq və Çin bazarlarında məshul istehlasının sürətlə artması Türkiyə və Çin arasında iqtisadi əməkdaşlığı zəruriləşdirdi. Lakin 90-cı illəri biz heç də iki dövlət arasındakı münasibətlər üçün ideal dövr adlandıra bilmərik. Əslində türk tərəfi hər zaman Çinlə əməkdaşlıqda həvəsli və maraqlı olmasına baxmayaraq Çinin uyğur probleminə dair sərt mövqeyi iki dövlət arasındakı münasibətlərə mənfi təsirini göstərdi.

Məsələn, Türkiyə-Çin münasibətlərinin bu müstəvidə ilk problem 1990-cı ilin aprel ayında meydana ələn Kaşgar Barın hadisələri hesab edilə bilər. Barın hadisələri Çin rejiminin uyğurlara qarşı törətdiyi ən genişmiqyaslı qətliamlardan biri oldu. Hadisənin baş verməsinin əsas səbəbi Kaşqar Barın vilayətində vətəndaşların öz hesabına tikdirdikləri məscidin Çin məmurları tərəfindən sökülməsi oldu. Bu, ərazidə yaşayan uyğurları ayağa qaldırdı. Məscidin müdafiəsinə qalxan uyğurların həyata keçirdiyi aksiyalar qısa zamanda kiçik miqyaslı azadlıq hərəkatına çevrildi. Zeydin Yusif rəhbərlik etdiyi dirəniş hərəkatının bütün üzvləri öldürüldü, 12 mindən çox insan həbs edildi, qeyri-rəsmi mənbələrə görə 5 minə yaxın uyğur türkü isə həlak oldu.

Kaşgar Barın Ayaklanması ile ilgili görsel sonucu

Barın qətliamı bütün türk dünyasını şoka saldı. İlk reaksiyalardan biri də Türkiyədən gəldi. Bu qətliam Türkiyə daxilinə millətçi və islamçı kəsimdə ciddi bir Çin anti-patiyasını formalaşdırdı. Qətliam sonrasında Türkiyə rəsmiləri Çini uyğur türklərinə qarşı həyata keçirdiyi zorakılıqlara görə sərt tənqid etdi. Təbii ki, Çin tərəfi də Türkiyədən və digər dövlətlərdən gələn tənqidlərə sərt reaksiyalar verdi və uyğur məsələsini Çinin daxili problemi olduğunu xatırlatı.

O dövr Türkiyənin xarici siyasətində müəyyən qədər “türk həssaslığı” hiss edilirdi. Türkiyənin türk xalqlarına qarşı həssas rəftarı və onların haqlarının müdafiəçisi qismində müxtəlif beynəlxalq tribunalardan çıxışı da səbəbsiz deyildi. SSRİ-nin dağılmağa başladığı bir dönəmdə Türkiyənin əsas geostratejik hədəfi  Mərkəzi Asiya və dünya türklərinin hamisi rolunu üstlənmək idi...

Lakin 90-cı illərdə Türkiyənin üzləşdiyi iqtisadi və siyasi böhran, eyni zamanda PKK terrorunun getdikcə daha da genişlənməsi Türkiyənin xarici siyasətdə daha ehtiyatlı siyasət izləməsini şərtləndirdi.

Türkiyənin üzləşdiyi iqtisadi problemlər və əksinə Çinin əldə etdiyi iqtisadi yüksəliş Türkiyə üçün Çinlə əməkdaşlığı daha cəzbedici hala gətirdi. Xüsusən 1995-ci ildən sonrakı dövrdə Türkiyə Avropa İttifaqına üzvlüyün yubanması və get-gedə mümkünsüz hala gəlməsi nəticəsində daha çox Asiyaya yönəldi. Məsut Yılmazın baş nazirlik etdiyi dövrdə Türkiyə 150-yə yaxın uyğuru ölkəsinə sığınmağa icazə vermədi. 13 uyğur aydını isə ölkədən deportasiya edildi. O dövrün Türkiyəsi Çinlə münasibətləri yumuşaltmağa çalışırdı.

1995-ci ildən başlayaraq Çin də Türkiyəyə qarşı kürd kartını oynamağa başlayır və bununla da Türkiyə çox ciddi bir strateji seçim qarşısında qalır: Ya Çinlə əməkdaşlıq edib türk hamiliyini bir kənara qoyacaq, ya da sonacan Türklərin müdafiəsini davam etdirəcək...

Türkiyə Çinlə əməkdaşlığa hazır idi, yalnız bu dəfə də 1997-ci ildə Gülcə qətliamı yaşandı. 100-ə yaxın uyğur türkü öldürüldü. Gülcədə yaşayananlar Türkiyə daxilində millətçi kəsimin səbr kasasını doldurdu. Çin səfirliyi qarşısında nümayişlər təşkil edildi, Çin bayraqları yandırıldı. Bütün bunlar 1998-ci ildə Çinə rəsmi səfər edən Türkiyənin o dövr  baş nazir muavini olmuş Bülənt Əcəvidin səfər zamanı siyasi ritorikasına təsirsiz ötüşmədi. Əcəvit Pekində uğur məsələsinə toxundu, “Çin uyğurların haqlarının müdafiəsinə diqqət yetirməlidir” dedi.

1998-ci il Çin-Türk münasibətlərində xüsusi bir dönəmdir, çünki ilk dəfə bu ildə Türkiyə hökuməti Məsut Yılmazın rəhbərliyində Sintzyanı Çin torpağı olaraq tanıdığını bildirdi.

mesut yılmaz ile ilgili görsel sonucu

2000-ci illərdə Türkiyə Ərdoğanın da rəhbərliyə gəlişi ilə Çin siyasətində incə bir balans formalaşdırdı. Bir tərəfədən Çinlə ticarət dövriyyəsini günü-gündən artıran Türkiyə ara sıra uyğur problemini də dilə gətirməkdən çəkinmədi.

2009-cu ildə yaşanan Urumçi olaylarında 1000-ə yaxın uyğurun həlak olmasından sonra Türkiyənin baş naziri Ərdoğan açıq bir şəkildə yaşananları “Çin polisi bu vəhşiliyi durdurmalıdır, uyğurlara qarşı törədilənlər sanki soyqırımdır” deyərək sərt şəkildə qınamışdı.

Lakin Ərdoğan bu sözü deməsindən cəmi bir il sonra, 2010-cu ildə Çinlə Strateji Əməkdaşlıq Sazişinə qol çəkdi. Bu müqavilənin imzalanması ilə əslində Türkiyə rəsmi şəkildə seçimini etmiş oldu.

 

Gələk Şi Cinpinq İnlə Ərdoğan görüşünün detallarına...

erdoğan şi cinping ile ilgili görsel sonucu

Görüşdə əsas diqqət mərkəzində olan məqam Türkiyənin Kəmər Yol layihəsinə qoşulma istəkləri ilə bağlıdır. Çin Türkiyənin bu layihədə olmasında maraqlıdır, çünki Türkiyənin yerləşdiyi ərazi layihə üçün yeni imkanlar yaratmaq potensialını özündə ehtiva edir.

 

Türkiyənin xarici siyasətdə Çinə istiqamətlənməsinin səbəbləri nələrdir?

Türkiyə çoxqütblü dünya nizamının bərqərar olduğunun fərqindədir və ABŞ və Avropa İttifaqı ilə yaşadığı problemləri nəzərdə saxlayaraq Çinlə əməkdaşlığa daha çox üstünlük verir. S 400 və F-35 problemlərindən sonra Türkiyənin Çinlə masaya oturaraq Kəmər Yol layihəsində əməkdaşlığı müzakirə etməsi ABŞ-a verilən mesaj bir mesaj olaraq da dəyərləndirilə bilər. Türkiyə bu mesajda Qərbə möhtac olmadığını vurğulayır.

Türkiyə həmçinin ciddi iqtisadi böhranın astanasındadır. Lirənin dəyərdən düşməsi, ölkə daxilində infilasiya səviyyəsinin artması, işsizlik faizinin hər keçən gün daha da çoxalması Türkiyəni yeni bir iqtisadi partnyor tapmağa vadar edir. Türkiyə-Çin ticarət əməkdaşlığı isə yuxarıda da qeyd etdiyimiz kimi 2010-cu ildə imzalanan Strateji əməkdaşlıq müqaviləsi ilə daha da inkişaf etmişdir. Lakin bu əməkdaşlığın özündə belə Türkiyə müəyyən problem yaşayır ki, bu problem xarici ticarət kəsri ilə bağlıdır.

Belə ki, Türkiyə Çinlə ticarətdə çox məhsulu idxal edir, lakin az məhsul ixrac edir. Bu da xarici ticarətdə kəsr yaradır. Türk höküməti çıxış yolunu Çin investisiyasının ölkəyə cəb edilməsinə görür. Ona görə də Ərdoğan görüşdə Kəmər yol layihəsinə Türk tərəfinin maraqlı olduğunu vurğuladı, çünki bu layihələyə qoşulan Türkiyə paralel olaraq Çin investisiyada sahib olacaq.

İki liderin görüşü və uyğur məsələsinə şərh verən türk ekspert, prof. Sancar İmer qeyd edib ki, Türkiyə gələcəkdə Kəmər Yol layihəsinin tam mərkəzində yer alacaq. Türkiyə bu mövqedən istifadə etməlidir. Bu layihə əsasında cəlb olunacaq investisiya Türkiyə iqtisadiyyatına müsbət təsir edəcək. Uyğur məsələsinə gəlincə, bu ABŞ-ın Türkiyə-Çin münasibətlərini pozmaq və Çinlə Mərkəzi Asiya dövlətləri arasında streji layihələri əngəlləmək üçün istifadə edilən kartdır. Əlbəttə ki, ABŞ Çinin regionda daha çox möhkəmlənməsini və müttəfiqi Türkiyə ilə əməkdaşlığın dərinləşdirməsini istəmir. Buna görə də tez-tez uyğur məsələsi gündəmə gətirilir. Bu məsələdə Türkiyə olduqca həssas davranmalıdır. Uyğur türklərinin haqlarının müdafiəsi çox gərəklidir və zəruridir, lakin bunu Türkiyə-Çin münasibətlərinə zərbə vurmadan həyata keçirmək lazımdır. Türkiyə çoxqütblü dünyada, çoxqütblü xarici siyasət strategiyası yürüdür. S 400 məsələsi və Çinlə əməkdaşlıq bu strategiyanın əsas istiqamətləri qismindədir.

 

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı