Xəzərə düşən MiQ-29-un “qara qutu"su oxuna bilər, ya yox? Hərbi ekspert

Analitika 09:44 20.08.2019

Xəbər verdiyimiz kimi ötən gün Müdafiə Nazirliyi Xəzər dənizi üzərində qəzaya uğramış Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 hərbi təyyarəsinin "qara qutu"sunun aşkarlandığını bildirib.

Qara qutu tapıldıqdan sonra ictimaiyyətdə onun Azərbaycanda oxunub-oxuna bilməycəyi müzakirə edilir.

Eurasia Diary xəbər verir ki, hərbi ekspert Nazim Bayramov bunun mümkün olduğunu söyləyir:

"Təyyarələrin “qara qutusu” adlandırdığımız göyərtə qeydiyat cihazı iki əsas hissədən ibarətdir, təyarənin uçuş zamanı texniki parametrlərinin(250-dən artıq göstərici üzrə) qeydiyatını aparan cihazdan və pilotun(və pilot kabinasındakı) danışıqları qeyd edən(səs yazan) cihazdan ibarətdir. Bunlar gündəlik rast gəldiyimiz elektron informasiya daşıyıcıları- köhnə “qara qutu” modellərində maqnitofon lenti, müasirlərdə fleş-kartın analoqu olur. Bunlarla bərabər, “qara qutunun” içində radiomayak və onu qidalandıran akkumulyator mövcuddur. “Qara qutu”nun üst qatı möhkəm titan və digər metallardan hazırlanır və texniki tələblərə görə yarım saat ərzində onu bürümüş 1100 qradus dərəcəsində yanğına, dənizdə 6 min metr dərinlikdə bir ay qalmağa, 5 dəqiqə ərzində 2 ton ağırlığa(sıxılmağa) davamlı və hermetik olmalıdır. Qəza zamanı az zədə alması məqsədilə “qara qutu” təyarənin quyruq hissəsində yerləşdirilir. Cəmiyətimizdə 20 noyabr 1991-ci il helikopter qəzasından sonra belə bir yanlış stereotip yaranıb ki, “qara qutular” Azərbaycanda oxuna bilmir. “Qara qutu” ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər, heç yerə göndərməyə ehtiyac yoxdur. 20 noyabr qəzasında “qara qutu” Moskvaya ona görə göndərilmişdi ki, o zaman rəsmən hələ bir ölkəydik, cinayət işini SSRİ Baş Prokurorluğu qaldırmışdı və işə aid olan əşyayi-dəlillər aidiyatlı istintaq orqanına göndərilirdi.

Ekspertin sözlərinə görə ümumiyətcə, ciddi zədə almayan “qara qutudan” informasiyanı almaq texnoloji çətin iş deyil. Yaddaş daşıyıcısından texniki parametrlər götürülür, digər yaddaş daşıyıcından pilotun danışıqlarının səs yazıları dinlənilir. Qəzaya uğramış MiQ-29-da danışıqlar azərbaycanca aparıldığından onları ən dəqiq elə bizim mütəxəssislər anlaya bilərlər. MN tərəfindən yayılmış fotolardan görünür ki, zahirən “qara qutu” ciddi zədə almayıb. Hermetikliyi qorunubsa, duzlu su “qara qutuya” daxil olmayıbsa, yaddaş kartları komisiya üzvləri tərəfindən 2-3 saat ərzində “oxunacaq”. Cihaz ciddi zədə alıbsa, bərpasına ehtiyac varsa, xüsusi laboratoriyaya göndərilə bilər.

"Lakin “qara qutudan” alınan məlumatlar qəzanın səbəbini araşdırmaq üçün nə qədər qiymətli olsa da, qəzanın baş verdiyi səbəbləri aşkar etmək üçün kifayət deyil. Qəzanın səbəblərini tam və dolğun öyrənmək üçün “qara qutu”dan alınmış məlumatlar digər məlumatlarla, texniki göstəricilərlə, təyarənin korpusunun bərpası ilə və bunları tutuşdurmaqla kompleks şəkildə tamamlanır. Bu işlərə təyarəni istehsal edən şirkətin nümayəndələri cəlb oluna bilərlər. Hadisənin xronologiyası anbaan bərpa olunandan sonra bütün məlumatlar öyrənilir və rəy verilir. “Qara qutu” tapılandan və “oxunandan” sonra əsas vaxt aparan məhz araşdırmanın ikinci hissəsi olur" - deyə N. Bayramov fikirlərinə əlavə edib.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı