Qarabağda erməni ordusu bayram keçirdi BAKI SUSUR...

Analitika 17:34 29.01.2020

28 yanvarda Ermənistan ordu gününü böyük təntənə ilə qeyd etdi, həm də işğal altında olan yurdumuz Qarabağda...

Ordu günü münasibətilə Ermənistan Baş Naziri Nikol Paşinyan, Müdafiə Naziri David Tonoyan, qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” Bako Saakyan və  Ermənistanın Baş Qərərgah rəisi Artak Davidyan Qarabağa səfər edib erməni hərbiçilərlə görüşdülər.

Qeyd edək ki, onlar yeni açılmış zabitlər binasının açılışında iştirak edib və 32 hərbçiyə mənzil hədiyyə ediblər. Eyni gün  Bako Saakyan Qarabağın  şimal zonasında yeni açılmış əsgər yataxnalaranını  açılışında da qatılıb.

Ordu günüylə bağlı keçirilən tədbirdə Ermənistan müdafiə naziri Tonoyanın özündən arxayın açıqlamalarına diqqət çəkməsək olmaz:

“Hərbi sirrləri açmaq istəmirəm, lakin mən qeyd etməliyəm ki, bizim hərbi gücümüz, imkanlarımız əhəmiyyətli dərəcədə artıb və daha da artacaq. Yeri gəlmişkən, Su 30 SM hərbi təyyarələri də tezliklə bizdə olacaq”.

tonoyan ile ilgili görsel sonucu

Tonoyanın açıqlamaları bir daha düşmənin silahlanma siyasətində inadcıl olduğunu və iqtisadi problemlərin Ermənistan ordusunun hərbi-texniki təchizatına bir o qədər də təsir etmədiyini gözlər önünə sərir.

Ermənistanın ordu gününün dövlətin ən yüksək vəzifəli şəxsləri tərəfindən Qarabağda qeyd edilməsi və hərbiçilər üçün yeni yaşayış yerlərinin açılması əslində çox ciddi bir diplomatik mövqeyin təcəssümüdür. Ermənilər öz çıxışları, hərəkətləri ilə açıq şəkildə “biz ordumuzla buradayıq, Qarabağdayıq və heç bir yerə getmək fikrimiz yoxdur” mesajı verirlər, Bakı isə sakitdir, ağzına su alıb, parlament seçkilərinə hazırlaşır. Hələlik, nə Xarici İşlər Nazirliyindən nə də dövlətin hər hansısa bir rəsmi qurumundan mövcud bəyanatlara reaksiya gəlməyib.

Azərbaycanda vətəndaşlar isə narahatdır. Son günlər parlament seçkilərinə namizədlərin yarışının qızışdığı Sumqayıtda sakinlərindən biri ilə bu barədə söhbət edərkən kimə səs verəcəyini soruşdum. Əslən Füzulidən olan sakin suala belə cavab verdi:

“Qardaş, mənə zərrə qədər maraqlı deyil kim seçiləcək, kim yox. Mən Qarabağı istəyirəm, vətənimi, torpağımı arzulayıram. Öz kəndimə qayıtmaq, öz yurdumu firavan görmək istəyirəm. Nə parlament, nə deputat, nə bələdiyyə ehh...”

Əlbəttə, parlament seçkiləri demokratik təsisatların qorunması, Azərbaycandakı siyasi sabitliyin davamı və xalqın siyasi iştirakçılığı üçün həyati önəm kəsb edir. Lakin başı seçkiylə qatıb bir həqiqəti unutmaq olmaz – “Vətən əldən gedir”. Göz görə-görə, aramla, gün keçdikcə Qarabağ daha da bizdən, əsl sahibindən, həqiqi sakinlərindən uzaqlaşır. Şuşadakı qalamızdan təmir adıyla izləmirizi sildilər, məscidlərimizi fars məscidinə çevirdilər, kəndlərimizdə orduları üçün qərargahlar, məntəqələr açdılar. Hətta ötən günlərdə Şuşada atçılıq klubu da yaradıblar. Bəs bütün bunlar əvəzində biz qapı-qapı dolaşıb buklet paylamaqdan, yalan vədlər verməkdən, namizədlikləri pul müqabilində satmaqdan başqa nə iş görürük?

Hazırda dünya dövlətləri xarici siyasətdə üzləşdikləri ən xırda problemləri belə güc tətbiq etməklə həll edir. Son illərdə ən çox tətbiq edilən diplomatiya taktikaları “Gunboat” və “Sərt Güc”dür. Bəs bizim Qarabağ məsələsində həyata keçirdiyimiz diplomatiya hansı taktikaya əsaslanır? “Yumuşaq güc diplomatiyasına...”

Bəylər, 30 minə yaxın şəhid vermişik, 30 ilə yaxındır torpaqlarımız işğal altındadır, yumşaq gücü yumşaq maraqlarınız üçün saxlayın, lazım olar. Artıq sərt güc diplomatiyası zamanıdır. Türkiyə, ABŞ, İsrail, Rusiya, Yunanıstan, Fransa, İtaliya, İngiltərə, hətta Misir, Səudiyyə, BƏƏ belə sərt güc diplomatiyasına keçib, lakin biz öz hüquqlarımızın təmin edilməsi üçün hələ də yumşaq diplomatiya addımları ataraq hansısa beynəlxalq təşkilatlardan mədət umuruq, informasiya müharibəsi həyata keçirir, Paşinyana qara yaxırıq, Köçəryanı ağ yuyub, qara səririk, bütün dünya qarşısında “Xocalım vay” deyib ağlayırıq, lakin heç nəyi dəyişə bilmirik. Yumuşaq diplomatiya soyuq müharibə dövründə effektli idi, artıq sərt müdaxilələrin və cəsarətli addımların etibar qazandığı bir dünyadayıq...

Bəs niyə sərt güc diplomatiyasına keçə bilmirik?

Cavab çox sadədir, bacarmırıq. Yumşaq diplomatiyadan güc diplomatiyasına keçid bir çox riskləri özündə ehtiva edir. Bu risklər də daha çox beynəlxalq ictimaiyyətin reaksiyaları və təzyiqlərini özündə ehtiva edir. Yəni, sərt diplomatiyaya keçərək toplarımızı atəşləsək Ermənistana arxa çıxan Avropa dövlətlərindən “sanksiya” və ya “embarqo” səsləri yüksələcək. Bizim iqtisadiyyatımız isə karupsiya və qeyri-neft sektorunun acınacaqlı durumu səbəbindən bu tipli siyasi gərginliklərə hazır deyil. Yəni, gücə əl atsaq, xalq çörəysiz qalacaq, gücə əl atmasaq isə vətənsiz. Seçim xalqındır, demokratiya da məhz budur. Qoy xalq nə istəyir o da olsun...

Politoloq və tədqiqatçı jurnalist Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Hamısı