Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi, azərbaycanlı Aleksandr Səmədov azarkeşlərdən üzr istəyib.
Dünən Rusiya premyer-liqası çərçivəsində “Lokomotiv”ə qarşı oyunda qırmızı vərəqə alan Səmədov özünün İnstaqram səhifəsində paylaşım edərək ona olan ümidləri doğruldacağını bildirib:
“Dünən oyun vaxtı baş vermiş vəziyyətə görə bir daha üzr istəyirəm. Qırmızı vərəqə aldım. Mənə inamınıza görə minnətdaram. Mənə olan ümidləri və inamı doğruldacağam”.
Qeyd edək ki, dünənki matçda, “Lokomotiv” 4:3 hesabı ilə qalib gəlib.