“Ürəyim ağrıdı, bilmədim maşını saxlayıb kimi götürüm...” Rəşad Sadıqov

İdman 14:50 15.11.2017
"Qarabağ"ın kapitanı və Azərbaycan millisinin sabiq üzvü Rəşad Sadıqov qafqazinfo-ya müsahibə verib.
 
- UEFA Gənclər Liqasında komandanız Madrid "Atletiko"su üzərində səfərdə qələbə qazandı. Bizim üçün inanılmaz idi. Oyundan öncə qalibiyyət haqqında heç düşünmüşdünüz?
- Bu matçda üstün şeylərdən biri o idi ki, mən ehtiyat oyunçular skamyasına yaxın idim. Tapşırıqları rahat şəkildə verə bilirdim. Ev oyunlarımızda isə ehtiyat oyunçular skamyasına uzaq qalıram. Orda isə 2-3 metr məsafə var idi. Oyunun axarına təsir edə bilirdim. Komandaya gəlincə, Bakıda 1:5 uduzmuşduq. Həm də ümumi olaraq 3 böyükhesablı məğlubiyyətimiz var idi. Səfərə yollanırdıq və çətin idi. Oyundan əvvəl ətrafımda olan hər kəsə, futbolçulara da demişdim ki, biz qalib gələ bilərik. Madriddən 3 xalla ayrıla bilərik. Sadəcə bəzi səhvləri aradan qaldırmaq lazımdır. Orda da uşaqlar 1-ci dəqiqədən sonuncu dəqiqəyə qədər mübarizə apardılar. Xüsusən, ilk hissədə rəqibin demək olar ki, üstünlüyü yox idi. Topa da nəzarət etdiyimiz vaxtlar oldu, qurduğumuz hücumlar da pis alınmadı. İkinci yarıda isə onlar dəyişiklik etdi, iki hücumçuya keçdilər. Ondan sonra müdafiəyə qapandıq və hesabı qorumağa çalışdıq. Çox şükürlər olsun ki, belə qələbə qazandıq. Bu yaşda futbolçuların belə oyunlarda güclü rəqibə qalib gəlməsi onların gələcəyinə müsbət təsir edəcək. Yaxşı futbolçular yetişməsi üçün faydası olacaq.
 
- Üç böyük məğlubiyyətdən sonra komandanı necə moitivasiya etdiniz?
- Bu, artıq aramızda olan söhbətlərdir. Bir gün qabaq komandanın qaldığı otelə getdim, uşaqlarla görüşdüm. Oyunlarımızı analiz etdim. Matçdan da söz açdıq. Sözün düzü, mən inanırdım. İkinci hissəni xüsusən çətin keçirdik. Amma əks-hücumlar da qururduq. 
 
- Əsas komandanın Madriddən xalla qayıtması möcüzədir?
- Ümumiyyətlə, biz əvvəlcədən planlar cızmırıq. Düşünmürük ki, burdan qalibiyyətlə qayıdacağıq, məğlubiyyət olacaq və ya heç-heçə qeydə alınacaq. Nəticə barədə fikirləşməməyə çalışırıq. Məşqçilər heyəti bizi daha çox mübarizə aparmağa, düzgün oynamağa kökləyir. Amma matçdan əvvəl uşaqlar arasında oyundan danışırdıq. Düşünürdük ki, xal qazansaq, qələbə qazansaq, əla olar. Oyunçularla qalibiyyətdən danışdıq. Fikirləşirdik ki, 3 xal bizi qrupda yaxşı yerə gətirə bilər. Matçda da hesabı açdıq, üstünlük qazandıq. Hətta ikinci hissənin əvvəlində hesabı artıra bilərdik. Ramil Şeydayev bir az ötürməni dəqiq etsəydi, matçın taleyini həll edə bilərdik. Amma sonradan hər şey əleyhimizə işlədi. Qol buraxdıq, qırmızı vərəqə aldıq. Belə iki güclü zərbədən sonra oynamaq çətin idi. Rəqib üstünlüyü əldə etmişdi. Sona qədər mübarizə apardıq. Düzdür, rəqibə bəzi qol epizodları verdik. Bu da individual səhvlərdən irəli gəlirdi. İstənilən halda uşaqlar əllərindən gələni etdilər.
 
 
 
- Bu heç-heçə Avropa Liqasına yollanmaq ümidlərini artırdı?
- Biz bilirik ki, "Atletiko" bu dəqiqə Avropa Liqası haqqında düşünmür. Onların fikri yalnız ÇL-də qrupdan çıxmaqdır. 1/8 final mərhələsinə adlamağın yollarını axtarırlar. Bəlkə də düşünürlər ki, "Qarabağ" "Çelsi"dən və ya "Roma"dan xal alacaq. Onların da yenidən şansı çoxalar. Bugünkü gündə Avropa Liqası haqqında danışmaq üçün çox tezdir. Bu tur həddən artıq önəmlidir. Həm bizim Bakıda "Çelsi" ilə oynayacağımız qarşılaşma, həm də "Atletiko" - "Roma" oyununun nəticəsindən çox şey asılı olacaq. Ondan sonra hansısa hesabatları aparmaq olar. Şansımız var, ya yoxdur?! Necə çıxmaq mümkündür? Son turda ağır oyunumuz olacaq. Səfərəd "Roma" ilə qarşılaşmaq həddən artıq çətindir. Bu dəqiqə onlar çox yaxşı formadadırlar. Biz də komanda olaraq çox istəyərdik ki, qrupdan çıxaq.
 
- Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen" üzərindəki qələbədən sonra ölkə başçısı İlham Əliyev sizi qəbul etdi. Həmin görüşdə ona bildirmişdiniz ki, biz hər dəfə meydana çıxanda düşünürük ki, görəsən prezidentimiz bizə baxırmı. "Atletiko" ilə iki uğurlu matçdan sonra ölkə başçısının hər hansı zəngi və ya təbriki oldumu?
- Xeyr. Mən bildiyim qədərilə belə bir şey olmayıb. Amma əminəm ki, o, bizi hər zaman izləyir. Oyunlarımızla yaxından maraqlanır. Öz üzərimizdə onun diqqətini hiss edirik. Özünüz də gördünüz ki, görüşdə elə məqamlara toxundu ki,.. Həmin epizodlar haqqında komandanı ancaq yaxından izlədikdə məlumatlı ola bilərsən. Diqqətini hiss edirik. Və məsuliyyətimiz 5 dəfə artıb. Bəzən olur ki, ölkə başçısı idmançılarla görüşüb onları təriflədikdən sonra onlarda rahatlıq yaranır. Belə hallara rast gəlmişik. Biz də isə belə deyil. Daim üzərimizdəki diqqəti hiss edib yaxşı oynamağa, prezidentimizi, xalqımızı sevindirməyə çalışırıq. Bundan sonra da belə olacaq. Çox ciddi qrupa düşmüşük. Bəzən elə situasiyalar olur ki, üzülürsən. Məsələn, "Çelsi"yə o cür uduzmaq istəməzdik. Çünki bizi sevənləri üzdük. Sadəcə əlimizdə olmayan bəzi şeylər var. 
 
- Millinin uzun illər kapitanı olmuş biri kimi Qurban Qurbanovun təyinatını necə dəyərləndirirsiz?
- Bu söhbətlər hər seçmə mərhələdən əvvəl olurdu. 5-6 tsikldır ki, Qurban Qurbanovun milliyə təyinatı haqqında danışıqlar var idi. Qismət bu günə imiş. Ona işində uğurlar arzu edirəm. Mənə görə Robert Prosineçki qalsaydı da, uğurlu olacaqdı. Onunla 3 işlədim və işinə yaxşı bələdəm. Bilirdim ki, qarşıdakı seçmə mərhələdə daha yaxşı nəticə əldə edə bilər. Rəhbərlik bu gün üçün Qurban Qurbanovun təyinatını məsləhət gördü. O, çox məsuliyyətli insandır. Artıq indidən üzərində böyük yük olduğunu hiss edir. Asan olmayacaq. Bu il çox vacib oyunlar var. Millətlər Liqası da var. 
- Qurban müəllimin təyinatından sonra ən çox gəzən söz-söhbətlərdən biri sizin onun köməkçisi olacağınız haqqındadır...
- Hazırda belə bir söhbət yoxdur. Belə fikir də yoxdur. Öz aramızda da bu barədə danışmamışıq. Mən oynayıram və may ayına qədər karyeramı davam etdirmək istəyirəm. Fiziki durumum imkan versə, bundan sonra daha bir il də oynamaq haqqında düşünürəm. Futbol sahəsində ən çox sevdiyim şey futbolçu kimi meydanda olmaqdır.
 
- Azərbaycanda belə bir adət-ənənə var ki, oğullar çox zaman atanın yolu ilə gedir. Rəşad Sadıqovun oğlanları onun yolunu davam etdirəcəkmi?
- Məncə, bu, çox zaman effekt verməyən bir prosesdir. Oğlanlarımı futbola qoymadım. Baxmayaraq ki, onlar bunu çox istəyirdilər. Bilirdim ki, bunun üçün onlar çox çətinliklərdən keçməlidirlər. Ümumiyyətlə, uşaq futbolunda 100-200 min uşaqdan 3-4 nəfər normal futbolçu çıxır. Şəxsən mən istəmədim ki, getsinlər. Zarafatla danışanda həmişə deyirdim ki, nəsildə bir dənə futbolçu olar. Sözün düzü, inanmırdım ki, onlar bu yolu uğurla keçərlər.
 
- Yəni düşünürdünüz ki, onların heç biri ikinci Rəşad Sadıqov olmayacaq?
- Hər ikisində nələrsə var idi. Futbol oynamağı da sevirlər. Hamı deyirdi ki, qoy futbola, oynayacaqlar. Amma istəmirəm. Bilirsiz, onların üzərində hər zaman "Rəşad Sadıqovun oğlanları" deyə bir kölgə olacaqdı. Mənim də həyatda ən nifrət etdiyim şeylərdən biri budur. Kiməsə görə irəli getmək lazım deyildi. Mən vaxtilə qardaşımı da buna görə futboldan uzaqlaşdırmışam. "Şəfa"da oynayırdı və Əsgər Abdullayev də onu çox istəyirdi. Mən onda potensial görmürdüm və bilirdim ki, üzərində "Rəşad Sadıqovun qardaşı" deyə bir kölgə var. Düşünürdüm ki, mənə görə onu komandada saxlayırlar. Bu, mənim prinsiplərimə ziddir. Futboldan uzaqlaşdırdım və bu günə qədər də buna görə deyinir.
 
- Sizcə, bizim futbolçular mətbuat qarşısına ailəsi ilə çıxmaqdan niyə çəkinir? Ümumiyyətlə, məşhur insanlar üçün belə bir problemin olması bir az müzakirə olunan mövzudur...
- Fikrimcə, sırf mentalitet məsələsidir. Ola bilsin ki, İngiltərədə başqa, Türkiyədə başqa, İspaniyada başqa cür yanaşırlar. Amma bizdə bu, tamam fərqlidir. Futbolçularımız, idmançılarımız mentalitet məsələsindən dolayı belə mövzularda danışmağı, mətbuat qarşısına çıxmağı xoşlamırlar. 
 
- Qadınların stadiona gəlmək baryeri "Qarabağ"la aşıldı. Sizcə, Azərbaycanda xanım fanatlar varmı və onlar stadionda olmalıdırmı?
- Qadınların stadiona gəlməsinə qeyri-adi bir münasibətim yoxdur. Qadınlar da, uşaqlar da, yaşlılar da gəlsin. Stadionda atmosfer elə olsun ki, hamı istirahət etsin. Qadınlar əvvəl stadiondan qaçırdı. Çünki stadionda bəzi şüarlar və ya aqressivlik olurdu. Bu gün qadınlarımızın stadionlara gəlməyi onu göstərir ki, əsl azarkeş mədəniyyəti yaranır. Artıq azarkeşlərimizin mədəniyyəti formalaşıb. İngiltərədə necə hamı teatr, kino kimi futbola gəlirsə, bizdə də elə olmalıdır. Çünki onlar bundan zövq almalıdırılar. İstəyirik ki, vaxtlarını tribunada keçirib həzz alsınlar. Mənim üçün kişi, qadın, uşaq - fərq etmir. Hamı gəlsin.
 
- Sizin xeyriyyə işlərində aktiv olduğunuzu bilirik. Amma məşhur idmançılar adətən xeyriyyə məqsədilə sosial çarxlara da çəkilirlər. Rəşad Sadıqovun belə bir fikir olubmu?
- Ümumiyyətlə, mənim bu məsələyə baxışım fərqlidir. Dünyada olan insanların da düşüncələri başqadır. Onlar belə şeyləri mediaya danışmağı sevirlər. Əgər sən ürəkdən kiməsə yaxşılıq edirsənsə, bu iki insan arasında qalmalıdır. Əgər kiməsə və nəyəsə görə edirsənsə, həmin insan, onun problemi sənin əlində alətə çevrilir. Özünü insanlara sevdirmək, xeyirxah göstərmək üçün belə şey edirlər. Bu, böyük yanlışdır. Xeyirxah işlər gizli görülməlidir.
 
- Bizim futbolçular adətən bahalı həyatları ilə gündəmə gəlirlər. Məsələn, həmişə hər hansı bir hadisə olanda ilk olaraq futbolçunun maşını diqqəti çəkir...
- Pis hadisə hər insanın başına gələ bilər. Məsələn, qəza olur və bahalı maşını diqqət çəkir. Ümumiyyətlə, insan sürdüyü maşını gizlədə bilər ki? Sadəcə qəzaya qədər sənin bahalı maşınının olduğunu 10 insan bilirdisə, həmin vaxt 15 insan bilir. Bəlkə insan hansısa paltarını və əşyasını gizlədə bilər, amma maşını yox. Yaxşı olar ki, idmançılar, futbolçular qalmaqalla gündəmə gəlməsinlər. Amma onlar da insandır. Olur belə şeylər. Hamının səhvi ola bilər. Kimisə qınamaq lazım deyil. Sadəcə hadisələrin necə və harada baş verdiyinə baxmaq lazımdır.
 
- Millidə komanda yoldaşı olduğunuz və münasibətlərinizin yaxşı olduğu Kamran Ağayev yenə də gündəmə gəlib. Portuqaliyada olduğu kimi bu dəfə də qırmızı vərəqə ilə...
- Əlavə şərh verə bilmərəm. Çexiya çempionatında son oyununa baxdım. İki sarı vərəqədən sonra "qırmızı" alıb. İkinci sarı vərəqəni haqlı saymıram. Topu yerə qoyub hakimə yaxınlaşdı və o da ikinci sarı vərəqəni verdi. Nəsə belə çox məlumatım yoxdur. Ona uğurlar arzu edirəm. Qəti ruhdan düşməsin.
 
- Sizcə, "Qarabağ"ı dəstəkləyən fanatlar niyə azdır? Məsələn, çempionat oyunlarına gəlmirlər...
- Futbolumuzun inkişafını, çox irəli getməsini istəyiriksə, futbola böyük maraq olmalıdır. Hər bir azarkeş tərəfindən. Heç kim düşünməməlidir ki, bir nəfər stadiona gedirsə, mən televizorda baxmalıyam. "Roma" ilə oyundan sonra oxuduğum qədərilə çıxışda problemlər olmuşdu və azarkeşlər narazılıq edib küsmüşdülər. Küsməsinlər. Ola bilər ki, çətinlik olub, əziyyət çəkiblər. Mən özüm maşınla keçəndə gördüm ki, nə qədər insan yağışın altında qalıb. Ürəyim ağrıyırdı. İstədim, maşını saxlayıb 2 nəfər, 3 nəfər götürüm. Amma minlərlə insan var idi orda. Kimsə düşünməsin ki, Rəşada danışmaq asandır. Ürəyim azarkeşlərlədir. Biz də bu yolda əziyyətlər çəkmişik. Olanlar bizim də ürəyimizi ağrıdır. Ola bilsin ki, ilk təşkilatçılıq olduğundan belə problemlər ortaya çıxdı. Azarkeşlərə yenə də üzümü tuturam ki, inciməsinlər, gəlsinlər, onlara ehtiyacımız var.
 

Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO

Xəbər xətti

"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Son zamanlar yanğın hadisələri niyə intensivləşib? – Ekspertdən XƏBƏRDARLIQ
10:30 17.05.2024
Rusiyanın Çindən gizli tələbi nədir?
Rusiyanın Çindən gizli tələbi nədir?
10:25 17.05.2024
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
Avropa Rusiya qazına həddən artıq arxalanıb?
10:22 17.05.2024
Mədəniyyət sarayına mədəniyyətsiz münasibət - FOTOLAR
10:20 17.05.2024
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
İspaniyadan İsrailə bağlı yeni QƏRAR
10:15 17.05.2024
AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti!
10:10 17.05.2024
İrandakı səfirliyimizin yeri DƏYİŞDİRİLDİ - RƏSMİ
10:05 17.05.2024
ABŞ  Uyğur türklərinə görə 26 Çin  şirkətinə sanksiya tətbiq edib
ABŞ Uyğur türklərinə görə 26 Çin şirkətinə sanksiya tətbiq edib
10:05 17.05.2024
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH
10:00 17.05.2024
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
Bu il Albaniyanın Azərbaycanda səfirliyi açılacaq
09:55 17.05.2024
Hamısı