“Beşiktaş” komandadan ayrılaraq “Everton”un heyətinə qatılan Cenk Tosunun yerini dünya ulduzu ilə doldurmaq niyyətindədir.
"Qara qartallar” italiyalı futbolçu Mario Balotelliyə göz dikiblər.
Bir çox forvardla danışıqlara başlayan “Beşiktaş”ın transfer siyahısının başında məhz “Nice” komandasının təcrübəli futbolçusu dayanır.
27 yaşlı futbolçunun Çempionlar Liqasında oynamaq istəyi, İtaliya və İngiltərəyə geri qayıtmaq istəməməsi də transferi asanlaşdıran amillər kimi görünür.
“Beşiktaş”ın digər transfer namizədləri isə “Tiqres”dən Qiqnak, “Leiçester”dən Slimani və “Qızıl ulduz”dan Boakyedir.