FİFA futbolda bəzi dəyişikliklər etməyə başlayıb.
1. Meydançanı ən yaxın yerdən tərk etmək
Yeni qaydaya əsasən əvəz edilən və ya qırmızı kart alaraq meydandan kənarlaşdırılan oyunçuların meydanı hakimin qərarı ilə ən yaxın yerdən tərk edəcək. Bununla da bəzi futbolçuların vaxtı uzatmaq niyyətləri baş tutmayacaq.
2. Baş məşqçilərə sarı kart
Hakimlər oyunda qeyri etik davranışları səbəbindən bəzən baş məşqçiləri birbaşa tribunaya göndərirdi. Artıq yeni qaydaya əsasən məşqçilərə ilk öncə sarı vərəqə göstəriləcək daha sonra isə yenə belə davranışlara davam etsə, tribunaya göndəriləcək.
3. Qapıcı oyuna başlayanda cərimə meydançası daxilinə ötürmə edə biləcək.
Köhnə qaydaya əsasən qapıçı oyuna başlayanda yalnız cərimə meydançasından kənara ötürmə edə bilərdi. Əgər top cərimə meydançasını tərk etməsə bu zərbə təkrarlanmalı idi. Yeni qaydaya görə top cərimə meydançasına ötürülə bilərdi yalnız o şərtlə ki, ikinci oyunçu topa toxunmamış rəqib futbolçular cərimə meydançasına daxil ola bilməz.
FİFA bu 3 dəyişikliyi artıq gənc komandaların oyunlarında tətbiq etməyə başlayıb.