"Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır" - Qurban Qurbanov | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


"Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır" - Qurban Qurbanov

İdman A- A A+

"Təəssüf ki, uduzduq. İki oyunun yekununda mərhələ adlamağı çox istəyirdik. Bəzən gözlənilməz nəticələr olur. Rəqibin təhlükəli epizodunu xatırlamıram. Amma biz belə imkanlardan yararlana bilmədik".

Eurasia Diary xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

O, rəqibdən zəif çıxış etmələri ilə razılaşmayıb:  "Bəlkə də biz oyuna fərqli baxırıq. Bəzi epizodları saymasaq, komandamın çıxışından razı qaldım. Məğlub olduqdan sonra çoxlu sual ortaya çıxır. Bədavi Hüseynov və Filip Ozobiç meydanda olsaydılar, digər variantlarımız da olardı. Simeon Slavçevin ağır təsir bağışlaması ilə razı deyiləm. Onun da bir neçə imkanı oldu".

Qurbanov APOEL-in həddən artıq istəkli çıxışı sayəsində qələbəyə nail olduğunu əlavə edib: "Uduzmuşuqsa, rəqibi təbrik etməliyik".

Baş məşqçi hakimliklə bağlı fikirlərini də bölüşüb: "Bir neçə epizodda baş hakim cərimə zərbəsini əks tərəfə verməli idi. Riçard Almeyda bir qədər emosional davrandı. Növbəti oyunumuzu Rahil Məmmədov da sarı vərəqə limitini doldurduğu üçün buraxmalı olacaq". (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...