İspaniya La Liqasında yeni mövsümün birinci turunun növbəti oyunu keçirilib.
Eurasia Diary xəbər verir ki, turun ikinci günündə “Real Madrid” səfərdə “Selta Viqo”nun qonağı olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Real"ın heyətində Kərim Benzema (12), Toni Kroos (61), Lukas Vaskes (80) fərqlənib. "Selta"nın yeganə qolunu isə matçın 91-ci dəqiqəsində Pape Diop vurub.