"Qarabağ" tarix yaza bilər | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


"Qarabağ" tarix yaza bilər

İdman A- A A+

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

Eurasia Diary xəbər verir ki, səfərdə rəqibinə 2:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi növbəti tarix yazmağa çalışacaq.

Minimal hesablı qələbə Ağdam təmsilçisini Avropa Liqasının qrup mərhələsinə çıxaracaq.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu rusiyalı baş hakim Sergey İvanov idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...