Luis Enrikeyə ağır itki - "Sənin üçün çox darıxacağıq" | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Luis Enrikeyə ağır itki - "Sənin üçün çox darıxacağıq"

İdman A- A A+

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin 9 yaşlı qızı Xana vəfat edib.

Eurasia Diary CNN Türk-ə istinadən xəbər verir ki, Xana 5 aydır mübarizə apardığı dəhşətli xəstəliyə qalib gələ bilməyib.

Enrike qızının vəfatı ilə bağlı sosial şəbəkədəki hesabında bunları yazıb:

“Sənin üçün çox darıxacağıq. Amma gələcəkdə görüşəcəyimiz ümidiylə həyatımızın hər günündə səni xatırlayacağıq. Ailəmizin ulduzu olacaqsan”.

O, qızının xəstəliyi müddətində yanlarında olan, dəstək verən və xəstəxanada diqqət göstərən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, 9 iyul 2018-ci ildə İspaniya milli komandasına baş məşqçi təyin edilən Luis Enrike bu ilin iyununda qızının xəstəliyi ilə əlaqədar postundan ayrılmışdı. Onun yerinə 19 iyunda Roberto Moreno təyin edilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...