Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir - FOTOLAR

İdman A- A A+

Peşə reabilitasiya mərkəzində Aikido - yapon idman növü ilə tanışlıq təlimləri keçirilir.

Eurasia Diary xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Türkiyə Aikido Təşkilatı Dərnəyinin Başçısı Engin Ergin və köməkçisi Ercan Aydəmirin iştirakı ilə iki gündür ki, Aikido Yapon idman növü ilə tanışlıq təlimlərinə başlanıb.

E.Ergin və E.Aydəmirin Mərkəzə səfəri “Əngəlsiz Düşüncə” Sosial inkişafa yardım İctimai Birliyinin Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı müraciətə əsasən təşkil olunub. Hər iki idmançı sentyabrın 10-dək Mərkəzdə qonaq olacaq və təlimləri aparacaqlar.

Təlimlər zamanı mərkəzdə peşə reabilitasiyası keçən gənclər Aikido Yapon idman növü barədə məlumatlar əldə edir və öyrənmənin ilkin üsulları ilə tanış olurlar. Məqsəd sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına, onlar arasında  idman növlərinin təbliği işlərinə dəstək verməkdir.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...