"Neymar yanvar ayı üçün planlarımıza daxil deyil. Heyət transferlər haqda fikir bildirmir, onlar bu haqda düşünmürlər. Biz transfer haqda qərarları idarə heyəti arasında həll edirik".
Eurasia Diary xəbər verir ki, bunu "Barselona” klubunun prezidenti Josep Mariya Bartomeu hazırda PSJ klubunda iştirak edən Neymarın transferi məsələsindən danışarkən bildirib:
"Neymar məsələsində masa üstündə olan "Barsa" futbolçularının adı PSJ tərəfindən qoyulmuşdu, "Barsa" deyil. Dembele bizim oyunçumuzdur və "Barsa"da uğur qazanmaq istəyir. Biz onu Neymar üçün PSJ-yə təklif etmədik, PSJ özü bunu istədi.
Bəli, PSj ilə Neymar üçün danışıqlar apardıq. Əvvəl planımızda belə bir şey yox idi, amma PSJ özü bunu istədi. Biz danışıqlara başladıq, amma nə etsək də, onların tələblərini qarşılaya bilmədik. Onu deyə bilərəm ki, Neymar üçün əlimizdən gələni etdik. Bu məsələ üzərində idarə heyətinin bir çox üzvü çalışırdı.
Gələcəkdə Neymar transferinin olmayacağını deyə bilmərəm, amma biz hələ ki, növbəti yay üçün planlarımızı qurmamışıq. Məsələn, bu yay onu heyətinə qatmaq istəyən 3 və ya 4 klub var idi onlardan biri də Real Madrid idi.
Messi məndən Neymar transferini istəməmişdi. O, transfer bazarında idi və idarə heyətinin məsləhətindən sonra onun fikrini cəlb etmək haqda qərar verdim".
Bartomeu həmçinin deyib ki. komandanın Antuan Qrizman transferinə qarşı olması haqda çox söhbətlər gəzirdi, amma bu, tam əksinədir:
"De Ligt bizim bu yay üçün əsas hədəflərimizdən biri idi, amma nəticədə o, "Barsa"nı seçmədi. Messinin 4 illik müqaviləsi var və 2020-21 mövsümünün əvvəlində o, qalıb-qalmayacağı haqda qərar verəcək. Bu haqda narahat deyiləm. Sadəcə Messinin Xavi və Iniesta kimi gələcəyini həll etmək hüququ var. O, çox alicənab biridir və uzun illər bizimlə qalacağına inanıram".