“Barselona”nın kapitanı, argentinalı futbolçu Lionel Messi braziliyalı Ronaldonun ona görə ən yaxşı hücumçu olduğunu deyib.
Eurasia Diary xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
“Ronaldo əsl fenomen idi. O, gördüyüm ən yaxşı hücumçu idi. O, sadəcə əsrarəngiz idi”, - deyə Messi bildirib.
Xatırladaq ki, Ronaldo “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real Madrid”, “Milan”, “Korintians” klublarının heyətində çıxış edib. O, Braziliya millisinin heyətində iki dəfə (1994, 2002) dünya çempionu adı qazanıb.