Ötən gecə İspaniya La Liqasının 11-ci turunda “Barselona” öz meydanında "Valyadolid"i qəbul edib.
Eurasia Diary xəbər verir ki, matç katalonların qələbəsi ilə başa çatıb.
5-1 hesabı ilə bitən oyunda “Barselona”nın kapitanı Lionel Messi 2 qol, 2 məhsuldar ötürmə yadda qalıb. Komandanın digər qollarını Lenglet və Suarez vurub. "Valyadolid"in yeganə qolunu isə Kiko “Barsa”nın qapısından keçirib.
Darmadağınla bitən bu qarşılaşma “Barselona”nın qol silahı Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu bu oyunda peşəkar karyerasında cərimə zərbəsindən 50-ci qolunu vurub. O, bu qollardan 44-nü “Barselona”da, 6-nı isə Argentina millisində vurub.
Bu mövsüm La Liqada 7-ci qələbəsini qazanan Kataloniya klubu hazırda 11 turdan (bir oyun az) sonra 22 xalla turnir cədvəlinə liderlik edir. (modern.az)