Fransanın PSJ klubunun futbolçusu Leyven Kurzava karyerasını İngiltərədə davam etdirəcək.
Eurasia Diary-nin məlumatına görə, 27 yaşlı müdafiəçi “Arsenal”la anlaşıb.
Razılaşmaya əsasən, Kurzava yayda “topçular”a qoşulacaq. O, azad agent statusu ilə London klubunun futbolçusu olacaq.
Fransalı “Arsenal”la 5 illik müqavilə imzalayacaq. Keçidin əsas detallarını razılaşdıran tərəflər bonuslarla bağlı danışıqlar aparır.
Qeyd edək ki, Kurzava bir müddət öncə İtaliya “İnter”inin təklifini imtina ilə cavablandırıb.(Apasport.az)