Şon Bratçes vəzifəsindən istefa verib | Eurasia Diary - ednews.net

27 Fevral, Cümə axşamı


Şon Bratçes vəzifəsindən istefa verib

İdman A- A A+

"Formula 1" şirkətinin kommersiya direktoru Şon Bratçes vəzifəsindən istefa verib.

Eurasia Diary qurumun saytına istinadən verdiyi məlumata görə, amerikalı mütəxəssis şirkəti yanvarın sonunda rəsmən tərk edəcək.

"Şon 3 illik fəaliyyətindən sonra ABŞ-a, ailəsinin yanına qayıtmağa və həyatında yeni səhifə açmağa qərar verdi", - şirkətin mətbuat xidməti məlumat yayıb.

Bratçes özü isə vəzifəsindən ayrılması ilə bağlı bunları bildirib: "Formula-1"dəki işim inanılmaz bir səyahət idi və bundan tam məmnun qaldım. Komandaya bütün səylərinə və fədakarlığına görə şəxsən təşəkkür etmək istəyirəm. "Formula-1" şirkətini 2017-ci illə müqayisədə indi daha yaxşı vəziyyətdə qoyub getdiyim üçün özümlə fəxr edirəm".

Qeyd edək ki, Şon Bratçes "Formula-1" şirkətində kommersiya direktoru vəzifəsinə 2017-ci ildə təyin olunub. (Report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...