Səudiyyə Ərəbistanında keçirilən “2020 Dakar” rallisi zamanı xəsarət alan hollandiyalı motosikletçi Edvin Straver həyatını itirib.
Eurasia Diary xəbər verir ki, 1 həftə əvvəl xəsarət alan idmançı helikopterlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, idmançı həyatını itirib.
Bununla da, “Dakar” rallisində ölən idmançıların sayı 2-yə çatıb. Bundan əvvəl Paulu Qonsales yarış zamanı həyatını itirib. (publika.az )