AFFA daha iki liqanın oyunlarını təxirə salıb | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


AFFA daha iki liqanın oyunlarını təxirə salıb

İdman A- A A+

Azərbaycanda daha iki futbol liqasında oyunları təxirə salınıb.

"EDNews"-un Apasport.az saytının istinadən bildirir ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası və qızlar arasında Yüksək Liqada oyunlar qeyri-müəyyən müddətə keçirilib.
 
Region Liqasının oyunlarına azarkeş marağının yüksək olması, qızlardan ibarət komandaları arasında keçirilən Yüksək Liqada isə heyətlərdə şagird və tələbələrin yer alması səbəb olub. Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Qeyd edək ki, bunadək 19 yaşa qədər olan futbolçular üçün təşkil olunan liqalarda koronavirus səbəbindən matçlar dayandırılmışdı.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...