UEFA rəsmisi: - "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək" | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


UEFA rəsmisi: - "Hansısa şəhər imtina etsə, oyunlar yenidən bölüşdürüləcək"

İdman A- A A+

UEFA gələn il keçiriləcək AVRO-2020-nin təşkilinə yeni şəhərlər cəlb edə bilər.

EDNews.net-in TASS-a istinadən məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin üzvü, turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin deyib.

O bildirib ki, təşkilatçı şəhərlərdən hansısa oyunları qəbul etməkdən imtine etsə, başqa variantlar gündəmə gələcək: "İmkanlar elə də geniş deyil. Ya yeni şəhərlər olacaq, ya da matçlar yerdə qalanlar arasında yenidən bölüşdürüləcək. İkinci variant daha az zəhmət tələb tələb edir. Oyunların yenidən bölüşdürülməsi UEFA-nın səlahiyyətindədir".

Qeyd edək ki, Avropa çempionatında A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Digər qarşılaşmalar Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya, Budapeşt (Macarıstan) və Amsterdam (Hollandiya) şəhərlərində olmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...