"Qarabağ"ın futbolçusu "Panatinaikos"a təklif olundu | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


"Qarabağ"ın futbolçusu "Panatinaikos"a təklif olundu

İdman A- A A+

"Qarabağ"ın futbolçusu Abdullah Zubir karyerasını Yunanıstanda davam etdirə bilər.

EDNews.net  report-a istnadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Panatinaikos"a təklif olunub.

Klubun hazırda bu təklifi nəzərdən keçirdiyi bildirilib. Mərakeş əsilli fransalı oyunçunun daha yaxşı müqavilə ilə daha böyük çempionata keçməyə hazır olduğu da vurğulanıb.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens" komandasından "Qarabağ"a keçib. Onun Ağdam təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...