La Liqa bu tarixdən bərpa oluna bilər | Eurasia Diary - ednews.net

30 May, Şənbə


La Liqa bu tarixdən bərpa oluna bilər

İdman A- A A+

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpa tarixi müəyyənləşib.

EDNews.net-in  məlumatına görə, La Liqa rəhbərliyi bununla bağlı klubları məlumatlandırıb.

Ölkə çempionatının iyunun 12-də qaldığı yerdən davam etdirilməsi planlaşdırılır. İspanlar UEFA-nın tələbi ilə avqustun əvvəlinə qədər La Liqanı bitirmək fikrindədirlər. Əgər koronavirusla bağlı vəziyyət imkan verməsə ehtiyat bərpa tarixi 19 iyun göstərilib. Oyunların cümə-şənbə-bazar günləri keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İspaniya çempionatı XXVII turdan sonra dayandırılıb. Hazırda 58 xalla lider olan "Barselona" ən yaxın izləyicisi "Real"ı 2 xal qabaqlayır.(apasport)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...