Frits Keller: - "Futbolçuların maaşlarına limit tətbiq olunmalıdır" | Eurasia Diary - ednews.net

1 Dekabr, Çərşənbə axşamı


Frits Keller: - "Futbolçuların maaşlarına limit tətbiq olunmalıdır"

İdman A- A A+

Almaniya Futbol İttifaqının prezidenti Frits Keller futbolda maaşlara limit tətbiq olunmasını təklif edib. 

EDNews.net-in məlumatına görə, qurumun rəsmi saytına açıqlama verən 63 yaşlı funksioner peşəkar futbolun insanlara daha yaxın olmasının vacibliyini bildirib. O, maaşlara limit tətbiqinin çoxdan lazım olduğunu vurğulayıb. 

Keller agentlərə verilən komissiyaların və keçidlər üçün böyük məbləğin getdikcə insanları əsəbiləşdirdiyini və onları futboldan uzaqlaşdırdığını söyləyib: "Həmkarlarımla, həm də UEFA prezidenti ilə əlaqə saxlayacağam. Futbolda Avropa qanunlarına uyğun tənzimləmə olmalıdır. Mövcud pandemiya vəziyyəti hər şeyi düşünmək və gələcəkdə futbolu dəyişdirmək imkanı yaradır. Bu oyunu gələcək nəsillər üçün saxlamaq lazımdır". 

Qeyd edək ki, Frits Keller Almaniya Futbol İttifaqının prezidenti vəzifəsinə 2019-cu ildə seçilib.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...