“Neftçi” Anton Krivotsyukla müqaviləni artırıb | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


“Neftçi” Anton Krivotsyukla müqaviləni artırıb

İdman A- A A+

“Neftçi”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

EDNews.net  bildirir ki, klubdan verilən məlumata görə, Bakı təmsilçisi müdafiəçisi Anton Krivotsyukla müqavilənin müddətini artırıb. 

21 yaşlı sol cinah oyunçusu ilə yeni 1 illik anlaşma imzalanıb. Buna qədər sözləşmə müddəti gələn ilə qədər olan milli komandamızın üzvü artıq 2022-ci ilin yayına qədər “ağ-qaralar”a məxsusdur.

Qeyd edək ki, Anton Krivotsyuk cari mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb. (Apasport)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...