“Neftçi” müqavilə müddəti başa çatan futbolçularla danışıqları yekunlaşdırmaq üzrədir.
EDNews.net-in məlumatına görə, son günlərin ən fəal komandası olan Bakı klubu oyunçuların əksəriyyəti ilə razılıq əldə edib.
Vild-Donald Gerye ilə yollarını ayıran, həmçinin sözləşməsi bitən Emin Mahmudovla yeni 3 illik müqavilə bağlayan “ağ-qaralar” daha 4 nəfərlə anlaşıb. Qapıçı Aqil Məmmədov, müdafiəçi Tural Axundov, yarımmüdafiəçilər Soni Mustivar və Vangelis Platellas koronavirus pandemiyası səbəbindən avqusta qədər uzanan mövsümün sonuna qədər “Neftçi”nin şərəfini qorumağa razılıq veriblər.
Qeyd edək ki, “Neftçi” yerli müdafiəçiləri Anton Krivotsyuk və Ömər Buludovun da sözləşmə müddətini 2022-ci ilin yayına qədər uzadıb.(apasport)