"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ | Eurasia Diary - ednews.net

25 Oktyabr,


"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ

İdman A- A A+

"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur".

"EDNews.net"in məlumatına görə, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir. 

"Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq" deyə bəyanatda vurğulanıb.

BŞH onu da qeyd edib ki, bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər: https://bit.ly/3gIwDPg

Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: "2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!"

Qeyd edək ki, Azərbaycan Qran-prisindən əlavə, Yaponiya və Sinqapurdakı yarışlar da ləğv olunub. 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...