Azərbaycan nümayəndə heyəti paraddan keçdi - Tokio-2020 - FOTOLAR | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Azərbaycan nümayəndə heyəti paraddan keçdi - Tokio-2020 - FOTOLAR

İdman A- A A+

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Eurasia Diary-nin məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.

İştirakçılar rəsmi nümayəndələrdən ibarət 950 tamaşaçı ilə yanaşı, boş tribunaları da salamlayıblar.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də keçiriləcək.

1

1

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...