Cüdoçumuz rəqibi görüşə çıxmadığı üçün 1/8 finala yüksəldi - Tokio-2020 | Eurasia Diary - ednews.net

28 Sentyabr, Çərşənbə axşamı

Cüdoçumuz rəqibi görüşə çıxmadığı üçün 1/8 finala yüksəldi - Tokio-2020

İdman A- A A+

Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Eurasia Diary-nin məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi.

Rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

 

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...