Azərbaycan karateçisi qrupda qalıb - Tokio-2020 | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Azərbaycan karateçisi qrupda qalıb - Tokio-2020

İdman A- A A+

Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları start götürüb.

EDNews.net-in məlumatına görə, Yaponiya paytaxtına üç idmançı ilə yollanan Azərbaycan karate yığması da mübarizəyə başlayıb.

Bu gün millimizin ilk təmsilçisi tatami üzərinə çıxıb. 67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev uğursuzluqla üzləşib. A qrupunda yarışa start verən idmançımız 4 qarşılaşmada yalnız bir qələbə qazanaraq qrupda qalıb.

5 avqust
Kişilər, 67 kq
A qrupu
Firdovsi Olimpiadaya məğlubiyyətlə başlayıb. O, ilk görüşdə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub. Karateçimiz ilk qələbəsini ikinci qarşılaşmada qazanıb. O, Naoto Saqoya (Yaponiya) qalib gəlib – 1:0.

Ardınca qrupun lideri Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzan təmsilçimiz yarımfinal şansını çətinə salıb. Fərzəliyev autsayder Əli Əlsavi (Misir) ilə görüşdə də 0:1 hesabı uduzaraq qrupda 5-ci yeri tutub.

Qeyd edək ki, karate millimizi Tokioda Rafael Ağayevlə İrina Zaretska da təmsil edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...