Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub - ednews.net

17 Yanvar, Bazar ertəsi

Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub

İdman A- A A+

Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.

EDNews.net-in məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.

Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.

Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...