Azərbaycan millisinin baş məşqçisi: "Sonadək mübarizə aparacağıq" - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Azərbaycan millisinin baş məşqçisi: "Sonadək mübarizə aparacağıq"

İdman A- A A+
"Vacib oyunda uduzsaq da, şanslarımız hələ tükənməyib, qarşıda daha 2 matçımız var".
 
Ednews-un məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsində İspaniya yığmasına qarşı keçirəcəkləri D qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.
 
Braziliyalı mütəxəssis Gürcüstana uduzduqları ilk oyundakı səhvlərin üzərində işlədiklərini bildirib: "Oyunçularla psixoloji söhbətlər etmişik. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey bizdən asılı deyil. Gürcüstan - Bosniya və Herseqovina matçının nəticəsi də vacibdir. Gürcülər qalib gəlsə, bizim üçün çətin olacaq".
 
Qeyd edək ki, yanvarın 26-da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...