Məşhur futbolçuya Başakşehirdən təklif - 750 000 avro ödəyəcək - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Məşhur futbolçuya Başakşehirdən təklif - 750 000 avro ödəyəcək

İdman A- A A+
Türkiyənin "Başakşehir" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa "Legiya"sına təklif göndərib.
 
Ednews xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. O, İstanbul təmsilçisinin Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.
 
Daha əvvəl Türkiyə mətbuatında "Başakşehir"in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib.
 
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...