Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.
Ednews Report-a istinadən xəbər verir ki, II tura təsadüf edən günün yeganə matçında “Exspress” “Sərhədçi”ni sınağa çəkib.
“Murov” klubunun idman zalında baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.
26 yanvar
Yüksək Liqa
II tur
“Exspress” – “Sərhədçi” 3:0 ( 25:21, 27:25, 25:23)
Yanvarın 27-də isə II turun digər qarşılaşmasında MOİK “Murov”u sınağa çəkəcək. Bu tur “Neftçi” istirahət edəcək.
Qeyd edək ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.