"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdiirb.
Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Ufa" klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb. Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini feysbuk səhifəsində paylaşdığı video ilə açıqlayıb.
Futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək.
Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.