Yeniyetmə cüdoçularımız Fransada qələbə qazandı - 7 medal - ednews.net

19 May, Cümə axşamı

(+994 50) 229-39-11

Yeniyetmə cüdoçularımız Fransada qələbə qazandı - 7 medal

İdman A- A A+
Fransanın Strasburq şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışının birinci günündə komandamız uğurla çıxış edərək biri qızıl, ikisi gümüş, 4-ü bürünc olmaqla, 7 medal qazanıb.
 
Ednews xəbər verir ki, cüdoçularımızdan Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub.
 
Məhəmməd Musayev (55 kq) və Nicat Nağıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar. Məhəmməd Məmişov (50 kq), Şahin Oruczadə (55 kq), Əbil Yusubov (66 kq), Xalid Məmmədov (50 kq) isə üçüncü yeri tutublar.
 
 
Bu nəticə ilə Azərbaycan komandası ümumi hesabda ikinci pillədə qərarlaşıb.
 
Aprelin 24-də yekunlaşacaq Avropa kuboku turnirində 20 ölkədən 366-ya yaxın cüdoçu mübarizə aparır. Azərbaycan yarışda, ümumilikdə 18 idmançı ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...