İngiltərə "Tottenhem"i "Brayton"un və Mali millisinin futbolçusu İv Bissumanı transfer edib.
Ednews klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İddiaya görə, London təmsilçisi bu keçid üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İv Bissuma ötən mövsüm "Brayton"da 28 oyuna çıxıb. O, 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.