Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.
Ednews report-a istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən Həşim Məhəmmədov rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Məhəmmədov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) 1/4 finalda, qadın taekvondoçulardan Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.